İri tikinti şirkəti zərərdən mənfəətə keçib: Gəlirləri 3,7 dəfə artıb, 8,2 milyon manat mənfəət əldə edib
“Kristal Bakı” 8 milyon manat mənfəət əldə edib, səhmdarlarına 16 milyon manat dividend elan edib.Azərbaycanda yaşayış binalarının tikintisi ilə məşğul olan “Kristal Bakı” ASC 2025-ci ili 8 milyon 249 min 483 manat məcmu (xalis) mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 3 milyon 277 min 744 manat zərər açıqlamışdı.
Marja.az şirkətin 2025-ci il üzrə audit edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Kristal Bakı”nın gəlirləri 2024-cü illə müqayisədə 3,7 dəfə artaraq 58 milyon 376 min 348 manatdan 214 milyon 454 min 211 manata yüksəlib.
Şirkətin satışlarının maya dəyəri isə 39 milyon 458 min 232 manatdan 176 milyon 892 min 805 manata çatıb. Nəticədə ümumi mənfəət 18 milyon 918 min 116 manatdan 37 milyon 561 min 406 manata yüksələrək təxminən 98,5 faiz artıb.
2025-ci ildə şirkətin əməliyyat mənfəəti 20 milyon 838 min 939 manat təşkil edib. Bu, əvvəlki ilin 7 milyon 197 min 215 manatlıq göstəricisindən təxminən 2,9 dəfə çoxdur.
Bununla yanaşı, şirkətin maliyyə xərcləri 20 milyon 60 min 549 manatdan 31 milyon 137 min 91 manata yüksəlib. Maliyyə xərclərində 55,2 faiz artım qeydə alınıb.
Şirkətin faiz gəlirləri isə 8 milyon 768 min 526 manatdan 20 milyon 593 min 501 manata çatıb. Beləliklə, “Kristal Bakı” 2025-ci ili mənfəətlə tamamlayaraq əvvəlki ildə qeydə alınan zərərdən çıxıb.
Aktivləri 719 milyon manatı ötüb
2025-ci il dekabrın 31-nə “Kristal Bakı” ASC-nin cəmi aktivləri 719 milyon 653 min 198 manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 668 milyon 963 min 210 manat olub. Beləliklə, şirkətin aktivləri 50 milyon 689 min 988 manat və ya 7,6 faiz artıb.
Şirkətin cari aktivləri 513 milyon 200 min 851 manatdan 567 milyon 668 min 144 manata yüksəlib.
Tikilməkdə olan qeyri-maddi aktivlərinin balans dəyəri isə 441 milyon 951 min 15 manatdan 496 milyon 566 min 683 manata çatıb.
Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 2024-cü ilin sonundakı 539 min 136 manatdan 2025-ci ilin sonunda 3 milyon 893 min 589 manata yüksəlib.
Öhdəlikləri aktivlərini 40 milyon manat üstələyir
2025-ci ilin sonunda “Kristal Bakı” ASC-nin cəmi öhdəlikləri 759 milyon 812 min 759 manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonunda 701 milyon 372 min 254 manat olub. Beləliklə, şirkətin öhdəlikləri 58 milyon 440 min 505 manat və ya 8,3 faiz artıb.
Şirkətin uzunmüddətli borc vəsaitləri 166 milyon 557 min 945 manatdan 231 milyon 19 min 457 manata yüksəlib.
Eyni zamanda, şirkətin təsisçilərdən aldığı borcların həcmi 142 milyon 316 min 995 manatdan 157 milyon 139 min 146 manata çatıb.
Hesabat dövrünün sonunda alıcılardan alınmış avansların həcmi 293 milyon 97 min 628 manat təşkil edib. Bu göstərici əvvəlki ilin sonunda 324 milyon 821 min 570 manat olub.
Maliyyə hesabatına əsasən, “Kristal Bakı” ASC-nin kapitalı mənfi olaraq qalır. 2024-cü ilin sonunda şirkətin mənfi kapitalı 32 milyon 409 min 44 manat olduğu halda, 2025-ci ilin sonunda bu göstərici mənfi 40 milyon 159 min 561 manata çatıb. Beləliklə, şirkətin mənfi kapitalının məbləği 7 milyon 750 min 517 manat artıb.
Şirkətin nizamnamə kapitalı 1 milyon manat təşkil edir. Yığılmış zərər isə 33 milyon 409 min 44 manatdan 41 milyon 159 min 561 manata yüksəlib.
Kapitalın mənfi olması şirkətin balans üzrə öhdəliklərinin aktivlərindən çox olduğunu göstərir. Bununla belə, bu göstərici özlüyündə şirkətin müflis olması demək deyil. Tikinti biznesində hesablaşma və uşot qaydalarına əsasən, alıcılardan alınmış avanslar bu il və növbəti illərdə şirkətin gəlirinə çevriləcək, gəlirin bir hissəsinin də xalis mənfəət olaraq qalacağı gözlənilir.
Səhmdarlara 16 milyon manat dividend elan edilib
“Kristal Bakı” ASC-nin açıqladığı məlumata əsasən, 10 dekabr 2025-ci ildə keçirilmiş səhmdarların ümumi yığıncağında şirkətin 2023 və 2024-cü illər üzrə xalis mənfəətindən ümumilikdə 16 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunub. Hesabatda bildirilir ki, nəzərdə tutulan dividendin 8 milyon manatı 25 faizlik paya malik iki səhmdara, hər birinə 4 milyon manat olmaqla ödənilib. Qalan 8 milyon manat isə 50 faiz paya malik səhmdara ödənilməli dividend öhdəliyi kimi tanınıb.
Beləliklə, şirkətin 2025-ci ildə 8 milyon 249 min manat məcmu mənfəət əldə etməsinə baxmayaraq, elan edilmiş dividendin məbləği həmin ilin mənfəətindən yüksək olub. Dividend qərarı əvvəlki illərin nəticələrinə aid edilib.
Şirkətin sahibləri kimlərdir?
“Kristal Bakı” ASC-nin səhmləri üç fiziki şəxs arasında bölüşdürülüb. Şirkətin ən böyük səhmdarı 50 faiz payla Vəliyev Pərviz Ağalar oğludur. Digər iki səhmdar Nəbiyev Fərid Elburus oğlu və Nəbiyev Araz Məhəyət oğludur. Onların hər birinin şirkətdə 25 faiz payı var.
Şirkətin direktoru Dostumalıyev İbrahim Cəfər oğludur.
“Kristal Bakı” ASC 19 mart 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin əsas fəaliyyət istiqaməti yaşayış binalarının tikintisidir.
“Kristal Bakı” ASC-nin 2025-ci ilin əvvəlində 1254 işçisi olub. Şirkətin illik hesabatına əsasən, birinci rübdə 385 nəfər işə qəbul edilib, 331 nəfərlə əmək münasibətlərinə xitam verilib və işçi sayı 1308 nəfərə çatıb. İkinci rübdə 1609 nəfər işə götürülüb, 940 nəfər işdən ayrılıb və işçi sayı 1977 nəfərə yüksəlib. Üçüncü rübdə 401 nəfər işə qəbul edildiyi halda, 1191 nəfərlə əmək münasibətlərinə xitam verilib və işçi sayı 1187 nəfərə düşüb. Dördüncü rübdə isə 567 nəfər işə götürülüb, 250 nəfər işdən ayrılıb. Beləliklə, 2025-ci il ərzində şirkətə ümumilikdə 2962 nəfər işə qəbul edilib, 2502 nəfərlə əmək münasibətlərinə xitam verilib. Nəticədə, ilin sonunda işçi sayı 1504 nəfər təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 250 nəfər və ya 19,9 faiz çoxdur.
Müştərilərin xəbərləri
İri tikinti şirkəti zərərdən mənfəətə keçib: Gəlirləri 3,7 dəfə artıb, 8,2 milyon manat mənfəət əldə edib
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
12 d. əvvəl
Oktyabrda keçirilmiş 7 valyuta hərracından 5-də alıcı olmayıb
-
19 d. əvvəl
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
-
28 d. əvvəl
Milyarder sevincindən ağladı – Şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
-
39 d. əvvəl
Yeni Suraxanı–Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
45 d. əvvəl
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İpoteka müraciətləri SİMA İmza-nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Oktyabrda keçirilmiş 7 valyuta hərracından 5-də alıcı olmayıb
Milyarder sevincindən ağladı – Şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İri tikinti şirkəti zərərdən mənfəətə keçib: Gəlirləri 3,7 dəfə artıb, 8,2 milyon manat mənfəət əldə edib
Ən çox oxunanlar
“Legion Financial” şirkətinin xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Lizinq şirkəti illik 16%-lə 1 milyon manat borclanır - Mənfəəti azalıb, borcunu artırır
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb























