Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın İT şirkəti Mərkəzi Asiyanın daha 4 ölkəsində fəaliyyətini genişləndirir

“Rabalon” beynəlxalq texnologiya nəhəngi ilə əməkdaşlığını 4 ölkəyə genişləndirir. Azərbaycan şirkəti Mərkəzi Asiya bazarlarına “ManageEngine” məhsullarını çıxaracaq
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın İT şirkəti Mərkəzi Asiyanın daha 4 ölkəsində fəaliyyətini genişləndirir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Rabalon” şirkəti beynəlxalq texnologiya istehsalçısı “ManageEngine” ilə əməkdaşlığının coğrafiyasını genişləndirərək Mərkəzi Asiyanın dörd ölkəsində yeni bazarlara çıxır.

Marja.az xəbər verir ki, bu barədə “Rabalon” şirkətinin yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, şirkət bundan sonra “ManageEngine” məhsullarını Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan bazarlarında da rəsmi şəkildə təqdim edəcək.

Genişlənmə çərçivəsində həmin ölkələrdə fəaliyyət göstərən müəssisələrə informasiya texnologiyaları infrastrukturunun idarə olunması, biznes proseslərinin avtomatlaşdırılması və kibertəhlükəsizlik sahələrində müasir texnoloji həllər təklif ediləcək.

“Rabalon” şirkəti bildirib ki, mövcud tərəfdaşlığın yeni bazarları əhatə etməsi onun regional inkişaf strategiyasında mühüm mərhələdir.

Şirkətin əsas məqsədi Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən bizneslərin texnoloji imkanlarını genişləndirmək, İT infrastrukturunun idarə edilməsinin səmərəliliyini artırmaq və rəqəmsal təhlükəsizlik sahəsində qabaqcıl həlləri daha əlçatan etməkdir.

Qeyd edək ki, “Rabalon” və “ManageEngine” arasında əməkdaşlıq uzun müddətdir davam edir. Tərəflər 2023 və 2024-cü illərdə Azərbaycanda İT idarəetməsi və kibertəhlükəsizlik sahələrinə həsr olunmuş beynəlxalq tədbirlər təşkil ediblər.

“ManageEngine” beynəlxalq “Zoho Corporation” şirkətinin tərkibində fəaliyyət göstərən, korporativ İT idarəetməsi, şəbəkə monitorinqi, informasiya təhlükəsizliyi və biznes proseslərinin avtomatlaşdırılması üçün proqram təminatı təqdim edən texnologiya şirkətidir.

“Rabalon” isə İT konsaltinq, sistem inteqrasiyası, infrastrukturun idarə olunması və kibertəhlükəsizlik sahələrində xidmətlər göstərir. Şirkətin rəsmi internet saytındakı məlumatlara əsasən, Azərbaycanla yanaşı, ABŞ, Qazaxıstan və Özbəkistanda da ofisləri mövcuddur.

Rabalon ManageEngine Rabalon şirkəti Azərbaycan İT şirkətləri Mərkəzi Asiya Qazaxıstan Özbəkistan Qırğızıstan Türkmənistan Azərbaycan texnologiya şirkətləri İT ixracı kibertəhlükəsizlik rəqəmsal transformasiya Zoho Corporation
30.10.2026 12:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19