Bakının daha bir qəsəbəsinə qatarla gediş-gəliş imkanı yaradılacaq - 4 stansiya tikiləcək, 111 obyekt sahibinə kompensasiya ödənilib
Azərbaycan Dəmir Yolları “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir.
ADY-nin yaydığı məlumatda bildirilir ki, Dövlət Proqramında Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətləri ilə yanaşı, Yeni Suraxanı–Hövsan xəttinin bərpası nəzərdə tutulur.
Qeyd olunan dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb.
Yeni Suraxanı–Hövsan xətti üzrə stansiyalarla əlaqədar optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib. Bu xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb.
Yeni Suraxanı–Hövsan xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək. Hər stansiyada piyada keçidlərinin, eyni zamanda, avtomobil yolları ilə kəsişmədə bir neçə müxtəlif səviyyəli körpünün inşası nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
50 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
55 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
1 saat əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib

























