970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur – Tarix açıqlandı

Balakən sakinlərinə şad xəbər – Bakı ilə dəmir yolu əlaqəsi bərpa olunur. Bakıdan Balakənə qatarla səfərlər bərpa edilir.
AzVak-mobil_resmin_ustu_31
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur – Tarix açıqlandı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 20-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətini bərpa edəcək.

Marja.az xəbər verir ki, bu barədə ADY-nin yaydığı məlumatda bildirilir.

Reklam_3_11

Məlumata görə, Bakıdan Balakən istiqamətinə ilk qatar 20 noyabr 2026-cı il tarixində, Balakəndən Bakı istiqamətinə isə 21 noyabr 2026-cı ildə hərəkət edəcək.

Xatırladaq ki, Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti Qax–Zaqatala dəmir yolu xəttinin sel nəticəsində zədələnməsi səbəbindən müvəqqəti dayandırılmışdı. Sel hadisəsindən sonra dəmir yolu infrastrukturunun bərpası məqsədilə təmir işləri həyata keçirilib.

ADY-nin məlumatına əsasən, artıq zədələnmiş hissələrdə təmir işləri yekunlaşıb və qatarların hərəkətinin yenidən təşkili üçün şərait yaradılıb.

Beləliklə, noyabrın 20-dən Bakıdan Balakənə, noyabrın 21-dən isə Balakəndən Bakıya sərnişin daşımaları bərpa ediləcək.

Qatarların dəqiq hərəkət cədvəli, biletlərin qiymətləri və satış şərtləri barədə təqdim olunan açıqlamada əlavə məlumat verilməyib.

Bakı Balakən qatarı Bakı Balakən Bakı Bakı Balakən qatarının hərəkət cədvəli Balakən Bakı qatarı Azərbaycan Dəmir Yolları ADY 20 noyabr 2026 21 noyabr 2026 Bakı Balakən qatar biletləri Qax Zaqatala dəmir yolu sel hadisəsi dəmir yolunun təmiri sərnişindaşıma regional qatarlar Azərbaycanda dəmir yolu nəqliyyatı.
30.10.2026 14:14
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19