970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiya kapitallı zavod Azərbaycandan Türkiyə bazarına çıxmağı planlaşdırır

Hacıqabulda Rusiya sərmayəsi ilə qurulan zavod məhsullarının 40 faizini ixrac edir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya kapitallı zavod Azərbaycandan Türkiyə bazarına çıxmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti “Penoplex Prikavkazye” istilik izolyasiya lövhələrinin istehsalını davam etdirir. 2023-cü ilin oktyabrında fəaliyyətə başlamış müəssisənin məhsullarının 60 faizi daxili bazara, 40 faizi isə ixraca yönəldilir.

Rusiya kapitallı müəssisənin investisiya dəyəri 18,4 milyon manat, illik istehsal gücü isə təxminən 300 min kubmetrdir. Hacıqabul Sənaye Parkının 6,7 hektar ərazisində yerləşən müəssisə istilik izolyasiyasında istifadə olunan XPS tipli ekstruziyalı köpük polistirol lövhələr istehsal edir. İki santimetrdən on santimetrədək müxtəlif qalınlıqlarda istehsal olunan bu materiallar binaların damları, fasadları və təməllərinin izolyasiyasında tətbiq edilir.

Müəssisənin məhsullarına əsas tələbat tikinti sektorundan gəlir. Lövhələr xüsusilə Qarabağda aparılan yenidənqurma və bərpa işlərində istifadə olunur. Bununla yanaşı, şirkət məhsullarını pərakəndə satış kanalları vasitəsilə də istehlakçılara təqdim edir.

Müəssisənin əsas ixrac bazarı Gürcüstandır. Şirkətin bu ölkədə satış tərəfdaşları fəaliyyət göstərir.

Gələcəkdə ixrac coğrafiyasının genişləndirilməsi nəzərdən keçirilir. Belə ki, Zəngəzur dəhlizinin açılması Türkiyə bazarına çıxış imkanlarını artıra bilər. Türkiyənin şərq bölgələri, eləcə də Rusiyanın cənub əraziləri potensial bazarlar kimi qiymətləndirilir.

Azərbaycanda istilik izolyasiya materiallarından istifadə mədəniyyətinin inkişafı həmin məhsullara tələbatın artmasına şərait yarada bilər. Bu istiqamətdə şirkət yalnız istehsalla kifayətlənmir, eyni zamanda elmi-tədqiqat işləri də aparır. Müəssisədə istilik izolyasiya materiallarının tətbiqi və qoruyucu konstruksiyaların xüsusiyyətlərinin öyrənilməsi istiqamətində sınaqlar keçirilir. Şirkət yaşayış evlərindən ibarət sınaq obyektlərində iki ildən artıqdır ki, tədqiqatlar aparır və öz metrologiya stansiyasından əldə olunan məlumatları araşdırır. Toplanan nəticələr təhlil edildikdən sonra onların dövlət layihə institutları və elmi müəssisələrlə bölüşdürülməsi nəzərdə tutulur. Məqsəd tikinti sektorunda istilik izolyasiyası üzrə biliklərin genişlənməsinə və müvafiq həllərin tətbiqinə töhfə verməkdir.

Şirkət üçün əsas məsələlərdən biri xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasıdır. “Penoplex” Gürcüstan bazarında yerli və Türkiyədən məhsul təklif edən şirkətlərlə rəqabət aparır. Onun sözlərinə görə, cari ilin sentyabrın 1-dən xaricə satılacaq qeyri-neft məhsulları üzrə logistika dəstəyinin göstərilməsi xərclərin azalmasına təsir göstərə və bu da məhsulun son qiymətinə müsbət təsir göstərə bilər. Sözsüz ki, bu da şirkətin istehsal etdiyi məhsulların xarici bazarlarda rəqabət imkanlarını genişləndirə bilər.

Qeyd edək ki, müəssisənin fəaliyyəti Hacıqabulda sənaye istehsalının inkişafına və məşğulluğun artırılmasına da töhfə verir. Zavodda 100-dən çox şəxsin məşğulluğu təmin edilib.

İş elanları AzVak.az-da

© "Vergiler"

Penoplex Prikavkazye Penoplex Azərbaycan Hacıqabul Sənaye Parkı İqtisadi Zonaların İnkişafı Agentliyi Rusiya investisiyaları 18 milyon 400 min manat istilik izolyasiya lövhələri XPS lövhələr Hacıqabul zavodu Azərbaycan Gürcüstan ixracı Türkiyəyə ixrac Qarabağda tikinti tikinti materialları istehsalı qeyri-neft ixracı 300 min kubmetr istehsal gücü sənaye parkları Zəngəzur dəhlizi enerji səmərəliliyi istilik izolyasiyası
30.10.2026 14:33
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19