“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
Türkiyənin ən böyük içki istehsalçılarından biri olan “Coca-Cola İçecek” (CCI) 2026-cı ilin üçüncü rübündə 7,8 milyard Türkiyə lirəsi xalis mənfəət əldə edib. Şirkətin satış həcminin və gəlirlərinin artmasına baxmayaraq, mənfəət göstəricilərində azalma qeydə alınıb.
Marja.az xəbər verir ki, şirkətin açıqladığı maliyyə nəticələrinə əsasən, 2026-cı ilin iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövründəki 9,3 milyard lirədən 7,8 milyard lirəyə düşüb. Bu, illik müqayisədə 16,4% azalma deməkdir.
Şirkətin xalis mənfəəti bazar iştirakçılarının 7,8 milyard lirəlik proqnozuna uyğun olub.
Satış gəlirləri 68,4 milyard lirəyə çatıb
Hesabat dövründə “Coca-Cola İçecek”in konsolidasiya edilmiş satış gəlirləri illik müqayisədə 1% artaraq 68,4 milyard lirə təşkil edib. Bununla belə, göstərici analitiklərin 69,3 milyard lirəlik gözləntisindən 900 milyon lirə aşağı olub.
İnflyasiya uçotunun təsiri nəzərə alınmadıqda isə şirkətin xalis satış gəlirləri 30,4% artaraq 72 milyard lirəyə yüksəlib.
Pakistan və Özbəkistanda satışlar sürətlə artıb
Şirkətin konsolidasiya edilmiş satış həcmi üçüncü rübdə 8,3% artaraq 516 milyon standart qutu vahidinə çatıb. Ötən ilin müvafiq dövründə satış həcminin artım tempi 8,9% olmuşdu.
Satış həcminin artımında əsas rol Pakistan və Özbəkistan bazarlarına məxsus olub. Pakistanda satış həcmi 24,5% artaraq 94,5 milyon, Özbəkistanda isə 20,3% artaraq 88 milyon standart qutu vahidinə yüksəlib. Qazaxıstanda satış həcmi 1% artdığı halda, İraqda 0,2% azalıb.
Türkiyə bazarında isə satış həcmi 0,9% geriləyərək 172 milyon standart qutu vahidinə düşüb.
Şirkətin beynəlxalq əməliyyatları üzrə ümumi satış həcmi 13,5% artıb. Nəticədə xarici bazarların konsolidasiya edilmiş satış həcmində payı 63,7%-dən 66,9%-ə yüksəlib.
Ümumi mənfəət və rentabellik azalıb
Satış həcminin yüksəlməsinə baxmayaraq, şirkətin ümumi mənfəəti 3,9% azalaraq 24,8 milyard lirəyə düşüb.Ümumi mənfəət marjası ötən ilin eyni dövrü ilə müqayisədə 186 baza bəndi azalaraq 36,3% təşkil edib.
Türkiyə bazarında ümumi mənfəət marjası 456 baza bəndi azalaraq 37,1%-ə enib. Beynəlxalq əməliyyatlarda isə əksinə, 71 baza bəndi artaraq 35,7%-ə yüksəlib.
Şirkətin faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) illik müqayisədə 12,8% azalaraq 13,2 milyard lirəyə düşüb. Bu göstərici bazarın 13,5 milyard lirəlik proqnozundan aşağı olub.
EBITDA marjası 305 baza bəndi azalaraq 19,3% təşkil edib. İnflyasiya uçotunun təsiri istisna edildikdə isə göstərici 20,2% olub.
Əməliyyat mənfəəti 18,3% azalaraq 10,4 milyard lirəyə, əməliyyat mənfəəti marjası isə 359 baza bəndi geriləyərək 15,2%-ə düşüb.
Beynəlxalq bazarlar şirkətin gəlirliliyini dəstəkləyib
Şirkətin beynəlxalq əməliyyatlar üzrə EBITDAgöstəricisi 16,9% artaraq 9,8 milyard lirəyə çatıb. Türkiyə bazarında isə ötən ilin eyni dövründə qeydə alınmış yüksək digər əməliyyat gəlirləri ilə müqayisə bazasının təsiri nəticəsində gəlirlilik zəifləyib.
Digər əməliyyat gəlir və xərcləri nəzərə alınmadıqda, Türkiyə üzrə FAVÖK 58,1% azalaraq 2,6 milyard lirə təşkil edib.
Bu göstəricilər xarici bazarların, xüsusilə Pakistan və Özbəkistanın, şirkətin maliyyə nəticələrində əhəmiyyətinin artdığını göstərir.
Maliyyələşmə xərcləri azalıb
Üçüncü rübdə icarə öhdəlikləri üzrə xərclər daxil olmaqla, xalis maliyyələşmə xərcləri ötən ilin eyni dövründəki 3 milyard lirədən 1,9 milyard lirəyə geriləyib. Buna sərbəst pul axınının güclənməsi, dövriyyə kapitalına tələbatın azalması və daha aşağı faiz dərəcələrinin mövcud olduğu bazarlarda borclanmanın payının artması təsir göstərib.
Şirkət 1,6 milyard lirə məbləğində monetar mənfəət əldə edib.
Bununla belə, vergidən əvvəlki mənfəət 14,5% azalaraq 10 milyard lirəyə düşüb.
Xalis mənfəət marjası 11,4% təşkil edib.
İnflyasiya uçotunun təsiri istisna edildikdə isə şirkətin xalis mənfəəti 15,6% artaraq 8 milyard lirəyə yüksəlib.
Şirkətin aktivləri 251,7 milyard lirəyə çatıb
2026-cı il sentyabrın 30-na “Coca-Cola İçecek”in konsolidasiya edilmiş xalis borcu 13,5 milyard lirə və ya təxminən 273 milyon ABŞ dolları olub.
Şirkət 2026-cı il üçün proqnozlarını yeniləyib
“Coca-Cola İçecek” beynəlxalq əməliyyatlar üzrə satış həcminin artım proqnozunu yüksəldərək ikirəqəmli faizlərin aşağı diapazonuna çatdırıb. Şirkət konsolidasiya edilmiş satış həcminin təkrəqəmli faizlərin yuxarı diapazonunda artacağını gözləyir.Türkiyədə isə satış həcminin əsasən dəyişməz qalacağı proqnozlaşdırılır.
İnflyasiya uçotu istisna edildikdə, valyuta məzənnəsinin təsirindən təmizlənmiş standart qutu vahidinə düşən xalis satış gəlirlərinin təxminən 10–15% diapazonunda artması, əməliyyat mənfəəti marjasının isə sabit qalması proqnozlaşdırılır.
Şirkət investisiya xərclərinin satış gəlirlərinə nisbətinin təkrəqəmli faizlərin yuxarı diapazonunda formalaşacağını gözləyir.
Əlavə edək ki, "Coca-Cola İçecek Azərbaycan", Türkiyənin Anadolu Qrupuna məxsus "Coca-Cola İçecek" (CCI) şirkətinin tərkibində Azərbaycanda fəaliyyət göstərən rəsmi istehsalçı və distribyutordur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
9 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 21 d. əvvəl
- 39 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib






















