970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Maliyyə Assosiasiyalarının növbəti ağacəkmə aksiyası keçirilmişdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Assosiasiyalarının növbəti ağacəkmə aksiyası keçirilmişdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.

Aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.

Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə bağlı müvafiq işlərin görülməsindən ibarətdir.

Artıq dörd ildir davam edən ağacəkmə aksiyasında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bank sədrinin müşaviri Bəhruz Balayev, ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, AMFA-nın icraçı direktoru Jalə Hacıyeva, AzFina-nın icraçı direktoru Azər Əkbərov, AKBA-nın icraçı direktoru Elvin Qasımov, digər assosiasiyaların məsul şəxsləri və assosiasiyalara üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak etmişdir.

Tədbir çərçivəsində çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev layihənin davamlılığının təmin olunmasının və əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulamışdır. O, layihənin növbəti mərhələlərdə həyata keçirilməsi üçün yeni ərazilərin müəyyənləşdirilməsinə ehtiyac yaranacağını qeyd edərək, Bakı şəhəri və Abşeron rayonu ərazisində əlavə ağacəkmə sahələrinin ayrılmasının vacibliyini bildirmişdir. Eyni zamanda, layihənin gələcək mərhələlərində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağda da ağacəkmə aksiyalarının keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.

Ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədilə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində 60 hektar ərazidə iqlim şəraitinə uyğun 40 minə yaxın  müxtəlif növ ağacın əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulmuşdur. Aksiya zamanı iştirakçılar tərəfindən 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilmişdir. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 21 bank, 2 qeyri-bank kredit təşkilatı və 3 digər təşkilat olmaqla, ümumilikdə 26 təşkilat ABA-nın üzvüdür.

04.11.2026 13:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19