Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək

Beynəlxalq investorlar və mikromaliyyə təşkilatları Antalyada bir araya gələcək. Azərbaycan Mikromaliyyə Assosiasiyası COP31-də iqlim maliyyələşdirilməsinə dair seminar keçirəcək. İqlim maliyyəsi ucqar bölgələrə necə çatdırılacaq? – Azərbaycan COP31-də həll yolları axtaracaq. Kiçik fermerlər və aztəminatlı ailələr üçün maliyyə imkanları – COP31-də müzakirə olunacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) 11 noyabr 2026-cı il tarixində, saat 11:00–12:30-da Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan Pavilyonunda “İqlim dəyişikliklərinə uyğunlaşma üçün maliyyə resurslarının ən ucqar və həssas əhali qruplarına çatdırılması” mövzusunda seminar təşkil edəcək.

Seminarda beynəlxalq iqlim maliyyəsi institutlarının, inkişaf tərəfdaşlarının, investorların, mikromaliyyə təşkilatlarının və digər maraqlı tərəflərin nümayəndələri iştirak edərək, aztəminatlı ailələr, kiçik fermer təsərrüfatları və mikro sahibkarlar üçün iqlim dəyişikliklərinə uyğunlaşma məqsədli maliyyə resurslarının daha əlçatan və sərfəli olmasına yönəlmiş praktik həll yollarını müzakirə edəcəklər.

Müzakirələr qlobal iqlim maliyyəsi ilə yerli maliyyə institutları arasında əlaqələrin gücləndirilməsi, innovativ maliyyələşdirmə mexanizmləri, qarışıq maliyyələşdirmə modelləri, risklərin bölüşdürülməsi alətləri və iqlim dəyişikliklərinə uyğunlaşmanın təsirinin qiymətləndirilməsi istiqamətlərini əhatə edəcək.

Seminarın əsas məqsədi mikromaliyyə təşkilatları və digər inklüziv maliyyə xidmətləri göstərən qurumlar vasitəsilə iqlim maliyyəsinin həssas əhali qruplarına çatdırılmasını təmin edən dayanıqlı və geniş miqyasda tətbiq oluna bilən maliyyələşdirmə modellərinin müəyyən edilməsidir.

Bu təşəbbüslə AMFA maliyyə inklüzivliyinin, dayanıqlı maliyyələşdirmənin və iqlim dəyişikliklərinə qarşı davamlılığın gücləndirilməsinə sadiqliyini bir daha nümayiş etdirir, eyni zamanda beynəlxalq iqlim maliyyəsi təminatçıları ilə yerli maliyyə institutları arasında əməkdaşlığın inkişafına töhfə verməyi hədəfləyir.

AMFA bütün maraqlı tərəfləri seminarda iştirak etməyə və iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsi üzrə praktik həll yollarının müzakirəsinə qoşulmağa dəvət edir.

Tədbir haqqında məlumat:

  • Tarix: 11 noyabr 2026-cı il
  • Saat: 11:00–12:30 (Türkiyə vaxtı ilə)
  • Məkan: Azərbaycan Pavilyonu, COP31, Antalya, Türkiyə
  • Təşkilatçı: Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA)

Əlavə məlumat üçün:

Veb-sayt: https://amfa.az/

E-poçt: [email protected]

Azərbaycan Mikromaliyyə Assosiasiyası AMFA COP31 COP31 Antalya iqlim maliyyəsi iqlim dəyişiklikləri iqlim dəyişikliklərinə uyğunlaşma mikromaliyyə mikromaliyyə təşkilatları BOKT beynəlxalq investorlar fermerlərin maliyyələşdirilməsi mikro sahibkarlar maliyyə inklüzivliyi dayanıqlı maliyyələşdirmə yaşıl maliyyə qarışıq maliyyələşdirmə iqlim investisiyaları Azərbaycan Pavilyonu risklərin bölüşdürülməsi.
05.11.2026 11:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19