FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
FINCA Azerbaijan “Heyva Festivalı”nda – fermer və sahibkarlara kredit imkanlarını təqdim edib.FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II “Heyva Festivalı”nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli məhsullar, rayonun meyvəçilik ənənələri və milli-mədəni irsi nümayiş olunub.
Festival çərçivəsində FINCA Azerbaijan-ın stendini ziyarət edən iştirakçılara təşkilatın kredit məhsulları və maliyyələşmə imkanları barədə məlumat verilib. FINCA əməkdaşları ziyarətçiləri məhsulların şərtləri və müraciət qaydaları ilə tanış edib, onları maraqlandıran sualları cavablandırıblar.
Tədbir həmçinin festival iştirakçıları və mövcud müştərilərlə səmimi ünsiyyət üçün fürsət yaradıb. Görüşlər zamanı onların fikirlərini dinləmək, ehtiyaclarını daha yaxından öyrənmək və qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı yaranıb.
FINCA Azerbaijan yerli istehsalçıları, fermerləri və sahibkarları bir araya gətirən belə festivalların keçirilməsini yüksək qiymətləndirir. Bu cür təşəbbüslər yerli məhsulların tanıdılması, sahibkarların yeni əlaqələr qurması və regionların iqtisadi potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendi altında fəaliyyət göstərən FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir. Məhsul və xidmətlər barədə ətraflı məlumatıwww.finca.az saytından və ya *2525 qaynar xəttinə zəng etməklə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 14 d. əvvəl
-
31 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®




























