Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır
Azərbaycanda şirkətlərin sayı 215 minə yaxınlaşıb – 6,4% artım. Ölkəmizdə 1 milyon 734 mindən çox vergi ödəyicisi var – Yeni rəqəmlər. Oktyabrda Azərbaycanda 1183 yeni şirkət yaradılıb – 13,2%-i xarici investisiyalıdır. Kommersiya qurumlarının sayı 6,4% artıb. Yeni şirkətlərin 84%-i elektron qaydada qeydiyyatdan keçirilib. Azərbaycanda qeydiyyatda olan şirkətlərin 92,5%-i MMC-dir.2026-cı il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 734 min 871 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Marja.az Dövlət Vergi Xidmətinə itinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı 5,6 faiz artıb.
Noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 214 min 988 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,4 faiz çoxdur.
2026-cı ilin oktyabr ayında 1183 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,8 faizi yerli investisiyalı, 13,2 faizi isə xarici investisiyalı müəssisələrdir.
Kommersiya qurumlarının 84 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – oktyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.
2026-cı ilin noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
37 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
42 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
48 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib


























