Van Qoqun tablosu 190 milyon 400 min dollara satılıb – hərrac rekordu yenilənib
Bir tabloya 190 milyon dollar – Van Qoqun ən bahalı əsəri olub. Van Qoqun ömrünün son aylarında çəkdiyi tablo 190 milyon dollardan baha satılıb.Niderlandlı rəssam Vinsent van Qoqun “Çiçək açan şabalıd ağacları” tablosu Nyu-Yorkda “Sotheby’s” hərrac evində 190 milyon 400 min dollara satılıb. Bu, rəssamın əsərləri arasında açıq hərracda qeydə alınan ən yüksək satış qiymətidir.
Marja.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Van Qoq tablonu 1890-cı ildə, ölümündən əvvəlki son iki ay ərzində çəkib.
Rəssamın əvvəlki hərrac rekordu 2022-ci ildə əsərlərindən birinin 117 milyon 200 min dollara satılması ilə qeydə alınmışdı. Yeni satış qiyməti həmin göstəricini 73 milyon 200 min dollar və ya təxminən 62,5 faiz üstələyib.
Satış tablonun əvvəlki sahibləri olan alman Fişer ailəsinin varislərinin əsərin geri qaytarılması ilə bağlı müraciətinə baxıldıqdan sonra baş tutub. Varislər ailənin nasist Almaniyası dövründə iqtisadi təzyiqlər səbəbindən tablonu 1936-cı ildə satmağa məcbur qaldığını bildiriblər. “Sotheby’s” isə həmin satışın ədalətli şərtlərlə aparıldığını müdafiə edib. Hərrac evi satışa saatlar qalmış mülkiyyət mübahisəsinin həll olunduğunu açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
28 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
33 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
39 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
58 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib

























