Azərbaycanda minik avtomobili istehsalı 29,9 faiz azalıb, yük avtomobili istehsalı 2,7 dəfə artıb
Azərbaycanda 10 ayda təxminən 980 ədəd az minik avtomobili istehsal edilib. 2026-сı ilin yanvar-oktyabr aylarında 2300 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 980 ədəd az minik avtomobili istehsal olunmuşdur.2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda 2 min 300 minik avtomobili, 750 yük avtomobili və 282 avtobus istehsal edilib. Bu üç kateqoriya üzrə istehsal olunan nəqliyyat vasitələrinin ümumi sayı 3 min 332 ədəd olub.
Marja.az Dövlət Statistika Komitəsinin “Sosial, iqtisadi inkişaf” aylıq məruzəsinin yanvar–oktyabr buraxılışına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 29,9 faiz, yaxud təxminən 980 ədəd azalıb. Buna baxmayaraq, istehsal olunan hər 10 nəqliyyat vasitəsindən təxminən 7-si minik avtomobili olub.
Yük avtomobili istehsalı 2,7 dəfə artıb, avtobus istehsalı 159 ədəddən 282 ədədə yüksəlib
Ən yüksək artım yük avtomobillərinin istehsalında qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 2,7 dəfə artaraq 750 ədədə çatıb. Avtobus istehsalı isə 77,4 faiz artıb. Ötən ilin ilk 10 ayında ölkədə 159 avtobus istehsal edildiyi halda, bu ilin eyni dövründə 123 ədəd çox avtobus buraxılıb.
2026-cı il noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı kimi 238 minik avtomobili, 67 yük avtomobili və 38 avtobus olub. Üç kateqoriya üzrə anbar ehtiyatı cəmi 343 ədəd təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
45 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
51 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib

























