253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
Azərbaycanda iş icazəsi olan 6 min 257 əcnəbi və vətəndaşlığı olmayan şəxsin dörddə birindən çoxu tikinti sahəsi üzrə icazə alıb2026-cı il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 449,4 min nəfər olmuş, onlardan 5 milyon 168,7 min nəfərini məşğul əhali, 280,7 min nəfərini qeyri-məşğul əhali təşkil etmişdir.
Marja.az Dövlət Statistika Komitəsinin “Sosial, iqtisadi inkişaf” aylıq məruzəsinin yanvar–oktyabr buraxılışına istinadən xəbər verir ki, cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər, o cümlədən dövlət sektorunda 836,8 min nəfər, qeyri-dövlət sektorunda isə 954,0 min nəfər təşkil etmişdir.
İqtisadiyyatın neft-qaz sektorunda 30,5 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1760,3 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,9 faizi emal sənayesində, 6,9 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,7 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.
2026-cı ilin III rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6257 nəfər olmuşdur. Onlardan 25,5 faizi tikintidə, 10,5 faizi mədənçıxarma sənayesində, 10,1 faizi emal sənayesində, 8,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 7,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi təhsil və 32,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.
2026-cı il noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 253,8 min nəfər olmuş, onların 53,6 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,4 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
28 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
33 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
39 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
58 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
























