“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək
Memorandum SİMA həllərinin digər ölkələrdə tətbiqinin dəstəklənməsini nəzərdə tuturAzərbaycanın aparıcı texnologiya şirkətlərindən olan “AzInTelecom” ilə süni intellekt və məlumat analitikası sahəsində qlobal liderlərdən biri, G42 şirkətlər qrupuna daxil olan “Presight” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum çərçivəsində “Presight” özünün geniş biznes kanalları vasitəsilə SİMA İmza-nın müxtəlif ölkələrdə tətbiqi istiqamətində AzInTelecom ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.
Bu əməkdaşlıq Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış rəqəmsal imza həlli olan SİMA-nın qlobal bazarlara çıxışının dəstəklənməsi, eyni zamanda Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq səviyyədə tanınmasına töhfə verilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Əməkdaşlıq Memorandumu SİMA-nın biometrik həllərinin, inteqrasiya imkanlarının və istifadəçi təcrübəsinin yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də maraq doğurduğunu nümayiş etdirir.
“AzInTelecom” gələcəkdə də xarici tərəfdaşlıqlarını artırmağı planlaşdırır və bununla da Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə töhfə verir.
AzInTelecom haqqında
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” bulud həlləri, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir. “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya, təhlükəsizlik və operativlik sahəsində müasir texnoloji həllər təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
28 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
33 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
39 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
58 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib























