Türkiyədə “Həmişə ucuz” reklamına görə market şəbəkəsi 1 milyon lirədən çox cərimələnib
“Həmişə ucuz” iddiasını sübut edə bilmədi – market şəbəkəsinə 1 milyon lirədən çox cərimə.Türkiyənin Reklam Şurası “Hep Ucuz” (“Həmişə ucuz”) şüarı ilə yayımlanan reklamlara görə market şəbəkəsinə 1 milyon 83 min 706 lirə inzibati cərimə tətbiq edib və reklamların yayımının dayandırılmasına qərar verib.
Marja.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Bekir Kaplan məlumat verib. Onun sözlərinə görə, şüar alıcıda şəbəkənin mağazalarındakı bütün məhsulların hər zaman ucuz olduğu təəssüratını yaradır. Şirkət isə bu iddianı əsaslandırmaq üçün kifayət qədər məlumat və sənəd təqdim edə bilməyib.
Araşdırma zamanı nazirlik yeddi market şəbəkəsində süd, çay, un, düyü, günəbaxan yağı, yumurta, toyuq əti, uşaq qidası, uşaq bezi və yuyucu vasitələrin qiymətlərini müqayisə edib. Müqayisənin nəticələri reklam verən şəbəkədə bütün məhsulların daim ucuz olduğu iddiasını təsdiqləməyib.
Şirkət öz növbəsində 10 market şəbəkəsində təxminən 500 əsas istehlak məhsulunun qiymətini müqayisə etdiyini bildirib. Reklam Şurası bu araşdırmanı da şüardakı iddianı əsaslandırmaq üçün yetərli saymayıb.
Kaplanın sözlərinə görə, reklamların dayandırılması barədə daha əvvəl də qərar verilib. Buna baxmayaraq, şirkət həmin reklamları sosial media hesabında yayımlamağa davam edib. Şura reklamları istehlakçıları qiymətlər barədə yanıldan reklam kimi qiymətləndirib.
Cərimələnən şəbəkənin "A 101" olduğu iddia olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
28 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
33 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
39 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
58 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib

























