Husilər Səudiyyə Ərəbistanında neft emalı zavodunu vurduqlarını bildiriblər, Tramp İrana yeni zərbələr barədə xəbərdarlıq edib
Husilər “Petro Rabigh”i vurduqlarını deyir – Səudiyyə koalisiyası dronu məhv etdiyini açıqlayıb. Razılaşma olmasa, ABŞ 2027-ci ildə İrana yenidən zərbə endirə bilər – Trampdan xəbərdarlıqİranın dəstəklədiyi Yəmən husiləri noyabrın 22-də Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Rabiğ neft emalı zavoduna birbaşa zərbə endirdiklərini bildiriblər. Zərbənin zavoda dəydiyi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Mümkün ziyanın miqyası barədə məlumat yoxdur.
Marja.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya həmin gün daha əvvəl husilərin krallığın qərbinə doğru göndərdiyi pilotsuz uçuş aparatını havada məhv etdiyini açıqlayıb. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi CNBC-nin zavodla bağlı sorğusuna dərhal cavab verməyib.
Rabiğdə “Saudi Aramco” və Yaponiyanın “Sumitomo Chemical” şirkətlərinin birgə layihəsi olan “Petro Rabigh” neft emalı və neft-kimya kompleksi yerləşir.
Körfəzdə tankerlərlə bağlı yeni insidentlər
Bəhreyn hakimiyyətinin məlumatına görə, noyabrın 21-də İranın mülki sənaye obyektinə hücumu nəticəsində iki nəfər yaralanıb. Həmin gün iki tanker də mənşəyi müəyyən edilməyən mərmilərin zərbəsinə məruz qalıb. Ertəsi gün Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) Oman körfəzində tanker və hərbi qüvvələrin iştirakı ilə daha bir insident barədə məlumat yayıb. Qurum hadisənin təfərrüatlarını açıqlamayıb.
ABŞ və İsrailin fevralın sonunda İranla başlayan müharibəsi Hörmüz boğazından enerji daşımalarında fasilələrə səbəb olub. Müharibədən əvvəl dünyada daşınan xam neftin təxminən beşdə biri bu boğazdan keçirdi.
Tramp razılaşma şərtini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də “Fox News”a müsahibəsində bildirib ki, Vaşinqton və Tehran razılığa gələ bilməsələr, 2027-ci ildə İrana yeni hərbi zərbələr endirilməsi barədə göstəriş verməyə meyillidir. Tramp İran rəsmilərini danışıqları uzatmaqda ittiham edib və ABŞ-dakı seçkilərdən sonra Tehranın daha sərt mövqe tutduğunu deyib.
Vaşinqton və Tehran arasında dolayı təmaslar Qətərin vasitəçiliyi ilə davam edir. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi noyabrın 21-də Qətər nümayəndə heyəti ilə iki saatlıq görüşdən sonra bildirib ki, Tehran diplomatiyaya daha bir fürsət verilməsi imkanını vasitəçilərlə müzakirə edir.
Noyabrın 23-də Asiya bazarlarında səhər ticarətində neft cüzi bahalaşıb. Bakı vaxtı ilə 09:30-a olan məlumata görə, “Brent” markalı neftin fyuçers qiyməti 0,3 faiz artaraq bir barel üçün 92,86 dollara, ABŞ-nin WTI markalı neftinin qiyməti də 0,3 faiz artaraq 83.70 dollara yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
45 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
51 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib























