Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
Azərbaycanda bank kartları ilə fırıldaqçılığın həcmi 75% artıb – 9 ayda 5 milyon manatı keçib
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 5 milyon 51 min 326 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 163 min 369 manat və ya 74,91% çoxdur.
Marja.az Azərbaycan Mərkəzi Bankının “Ödəniş kartları ilə baş vermiş rəqəmsal fırıldaqçılıq statistikası” hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 2 milyon 887 min 957 manat olmuşdu.
2026-cı ilin yanvar-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsi üzrə fırıldaqçılıq əməliyyatlarının həcmi 4 milyon 60 min 275 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 960 min 465 manat olub. Beləliklə, ölkədaxili fırıldaqçılıq əməliyyatlarının həcmi 2 milyon 99 min 810 manat və ya 107,11% artıb. Başqa sözlə, bu əməliyyatların məbləği bir ildən digərinə iki dəfədən çox yüksəlib.
Ölkəxarici ödəniş şəbəkəsi üzrə fırıldaqçılıq əməliyyatlarının həcmi isə 2025-ci ilin ilk 9 ayındakı 927 min 492 manatdan 2026-cı ilin eyni dövründə 991 min 51 manata çatıb. Bu, 63 min 559 manat və ya 6,85% artım deməkdir.
Fırıldaqçılıq hallarının sayı 33 mini keçib
Mərkəzi Bankın statistikasına əsasən, 2026-cı ilin ilk 9 ayında bank kartları ilə bağlı ümumilikdə 33 min 272 fırıldaqçılıq halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 19 min 941 olub. Beləliklə, bir il ərzində fırıldaqçılıq hallarının sayı 13 min 331 və ya 66,85% artıb.
Xüsusilə ölkədaxili fırıldaqçılıq hallarının sayında kəskin artım müşahidə edilib. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsi üzrə 3 min 798 fırıldaqçılıq halı qeydə alındığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 17 min 522-yə yüksəlib. Artım 13 min 724 hal və ya 361,35% təşkil edib.
Ölkəxarici ödəniş şəbəkəsi üzrə fırıldaqçılıq hallarının sayı isə 16 min 143-dən 15 min 750-yə enib. Bu, 393 hal və ya 2,43% azalma deməkdir.
Fırıldaqçılıq əməliyyatlarının əksəriyyəti elektron kanallarda baş verir
Mərkəzi Bankın 2026-cı ilin üçüncü rübünə dair məlumatına görə, fırıldaqçılıq əməliyyatlarının aparıldığı avadanlıqlar üzrə elektron ticarət və mobil tətbiqlər üstünlük təşkil edir.
Üçüncü rübdə bu kanalların payı ölkədaxili fırıldaqçılıq əməliyyatlarında 97,7%, ölkəxarici əməliyyatlarda isə 97,9% olub.
Mərkəzi Bank bildirir ki, fırıldaqçılıq hallarının əksəriyyəti ödəniş kartı istifadəçilərinin şəxsi məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
45 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
51 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib























