İtaliya SOCAR-a təşəkkür etdi: “Vətəndaşlarımız yanacağı daha ucuz alırlar”
SOCAR-ın qərarı İtaliyada sürücülərin yanacaq xərclərini azaldıb. İtaliya hökuməti SOCAR-ın yanacaq qiymətləri ilə bağlı qərarını yüksək qiymətləndirib. “İtalyanlar yanacağa daha az pul ödəyirlər” – Nazir SOCAR-ı tərifləyib. “Bu dostluğu unutmayacağıq”Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyanın yanacaqdoldurma məntəqələrində (YDM) benzin və dizel yanacağı üçün maksimal qiymət həddini müəyyən etmək qərarı ölkənin yanacaq bazarına müsbət təsir göstərib.
Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Azərbaycan-İtaliya biznes-forumunda bildirib.
"Benzin və dizel yanacağının qiymətlərinin səviyyəsinin ən son həddinin müəyyən edilməsi barədə qərara görə SOCAR-a təşəkkür etmək istəyirəm. Bu, İtaliya vətəndaşlarına yanacaqdoldurma məntəqələrində yanacaq üçün daha az pul ödəməyə imkan verib. Biz bu addımı yüksək qiymətləndirdik. Mən bunu nazirə, eləcə də SOCAR nümayəndələrinə bir daha bildirdim. Bizim üçün bu, sadəcə olaraq iqtisadi siyasət sahəsində bir siqnal deyil, həm də unutmayacağımız bir dostluq təzahürüdür", - o deyib.
A.Tayani əlavə edib ki, hazırkı çətin beynəlxalq şəraitdə irəliləmək və maneələri dəf etmək qətiyyətini qoruyub saxlamaq lazımdır:
"Azərbaycanlı dostlarımızı əmin edə bilərəm ki, İtaliya yüksək keyfiyyətli məhsullar ixrac edir. İtaliya mallarını almaqla, siz öz vətəndaşlarınıza ən yüksək səviyyəli məhsullar təqdim edirsiniz. Bu, ixracımızla bağlı verə biləcəyimiz ən yaxşı zəmanətdir".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
28 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
33 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
39 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
58 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib























