Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
ABŞ Prezidenti Donald Tramp “Nvidia”-nın Direktorlar Şurasının Censen Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib.
Bu barədə ABŞ lideri özünün “Truth Social” səhifəsində paylaşım edib.
Trampın sözlərinə görə, Huanqın “Nvidia”-ya qayıtmasının milli təhlükəsizlik baxımından risk yaratdığına dair ABŞ hökumətinin hər hansı əsası yoxdur. O bildirib ki, ABŞ-ın baş prokuroru da hökumətin Huanqın qanunsuz fəaliyyətlə məşğul olduğuna dair sübutlara malik olmadığını təsdiqləyib.
ABŞ Prezidenti Huanqı “böyük vətənpərvər və milli sərvət” adlandırıb. O qeyd edib ki, Huanqın rəhbərliyi yalnız “Nvidia”-nın deyil, bütövlükdə ABŞ iqtisadiyyatının uğuru və rifahı baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Censen Huanq noyabrın 12-də “Nvidia”-nın baş direktoru vəzifəsindən istefa vermiş, şirkətin maliyyə direktoru Kolette Kress müvəqqəti CEO təyin edilmişdi. “Nvidia”-nın Direktorlar Şurası bu gün Huanqın dərhal vəzifəsinə qaytarıldığını açıqlayıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
"NVIDIA-nın Direktorlar Şurası Jensen Huangı baş icraçı direktor (CEO) vəzifəsinə qaytarmaqla düzgün və yerində qərar qəbul edib. Ölkəmizin Jensenin NVIDIA-dakı liderliyinə ehtiyacı var. Bu, təkcə şirkətin deyil, həm də Amerika iqtisadiyyatının uğurunu və rifahını təmin etmək üçün vacibdir.
ABŞ hökumətinin Jensenin NVIDIA-ya qayıtmasının milli təhlükəsizlik üçün hər hansı risk yaratdığına inanmaq üçün heç bir əsası yoxdur. ABŞ-ın Baş prokuroru təsdiqləyib ki, ABŞ hökumətinin onun hər hansı qanunsuz əməldə iştirak etdiyini göstərən sübutları yoxdur.
Şəxsi fikrimi də bildirmək istəyirəm: Mən Jenseni yaxından tanımaq imkanı əldə etmişəm və o, böyük vətənpərvər və ölkəmizin milli sərvətidir.
Bununla yanaşı, NVIDIA ABŞ-ın ixrac nəzarəti qaydalarına şirkət tərəfindən riayət olunması ilə bağlı hərtərəfli daxili araşdırmasını davam etdirməlidir. Məqsəd şirkətin qanuni öhdəliklərini və ABŞ-ın milli təhlükəsizliyini qorumaqla bağlı vətənpərvərlik borcunu yerinə yetirdiyinə əmin olmaqdır.
Jenseni, NVIDIA-nın Direktorlar Şurasını, Amerika Birləşmiş Ştatlarının xalqını və əslində, bütün dünyanı təbrik edirəm!
Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm".
Prezident DONALD J. TRAMP
"NVIDIA-nı, mənim fikrimcə, son dərəcə MÖHTƏŞƏM qərar qəbul etməsi münasibətilə təbrik edirəm!" - Prezident DONALD J. TRAMP.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
28 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
33 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
39 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
58 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
























