Amazon süni intellekt şirkətinin texnologiyasını 7,5 milyard dollara satın alır
Amazon-dan 7,5 milyard dollarlıq nəhəng sövdələşmə – Süni intellekt şirkətini hədəfə aldıABŞ-ın texnologiya nəhəngi Amazon süni intellekt sahəsində fəaliyyət göstərən İsrailin Decart AI startapının optimallaşdırma texnologiyalarını satın almaq və şirkətin təsisçilərini tədqiqatçı və mühəndis komandaları ilə birlikdə öz strukturuna daxil etmək barədə razılığa gəlib. Beynəlxalq mediada sövdələşmənin dəyərinin təxminən 7,5 milyard dollar olduğu bildirilir.
Marja.az xəbər verir ki, bu barədə Amazon şirkətinin rəsmi açıqlamasında məlumat verilib. Şirkət satınalmanın maliyyə şərtlərini açıqlamasa da, Bloomberg-in məlumatına görə, razılaşmanın dəyəri təxminən 7,5 milyard dollardır.
Razılaşma çərçivəsində Amazon “Decart Optimization Stack” (DOS) adlı texnologiyanı əldə edəcək. Bu texnologiya süni intellekt modellərinin daha sürətli işləməsinə, hesablama resurslarından daha səmərəli istifadəyə və müxtəlif istehsalçıların çipləri arasında keçidin asanlaşdırılmasına imkan verir.
Amazon bildirib ki, Decart-ın texnologiyası şirkətin öz istehsalı olan xüsusi çiplərə yatırdığı investisiyaların səmərəliliyini artıracaq və müştərilərə süni intellekt modellərinin işlədilməsi zamanı hesablama proseslərini optimallaşdırmağa kömək edəcək.
Decart-ın təsisçiləri Amazon-a qoşulacaq
Razılaşmaya əsasən, Decart AI şirkətinin həmtəsisçiləri Din Laytersdorf (Dean Leitersdorf), Moşe Şalev (Moshe Shalev) və Orian Laytersdorf (Orian Leitersdorf) süni intellekt tədqiqatçıları və mühəndislərindən ibarət komandaları ilə birlikdə Amazon-da fəaliyyət göstərəcəklər.
Amazon qeyd edib ki, 2025-ci ildən Decart ilə əməkdaşlıq edir. Şirkət xüsusilə süni intellekt modellərinin nəticə çıxarma sürətinin artırılmasına və hesablama resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsinə yönəlmiş innovasiyalara üstünlük verir.
Satınalma əməliyyatının tamamlanması tənzimləyici qurumların icazələri də daxil olmaqla, standart yekunlaşdırma şərtlərinin yerinə yetirilməsindən asılı olacaq.
Amazon süni intellekt çipləri bazarında mövqeyini gücləndirmək istəyir
Amazon-un təməl süni intellekt modelləri, xüsusi çiplər və kvant hesablamaları üzrə baş vitse-prezidenti Piter DeSantis (Peter DeSantis) bildirib ki, hesablama resurslarından daha səmərəli istifadə süni intellekt modellərinin inkişafında mühüm rol oynayır.
Onun sözlərinə görə, daha səmərəli hesablama imkanları modellərin təlim və öyrənmə proseslərinin yaxşılaşdırılmasına, nəticələrin daha sürətli əldə edilməsinə və müştərilər üçün xərclərin azaldılmasına şərait yaradır.
DeSantis vurğulayıb ki, Decart-ın texnologiyası Amazon-un bu istiqamətdəki strategiyasının həyata keçirilməsinə kömək edəcək.
Decart-ın həmtəsisçisi və baş icraçı direktoru Din Laytersdorf isə Amazon-a qoşulmağın şirkətin texnoloji imkanlarını daha sürətlə genişləndirməsinə şərait yaradacağını bildirib.
“Amazon-a qoşulmaq komandamıza bu missiyanı müstəqil şəkildə edə biləcəyimizdən daha sürətlə davam etdirmək üçün lazım olan miqyası, müştəri bazasını və infrastrukturu təmin edir. Birlikdə nələr yarada biləcəyimizi görməyi səbirsizliklə gözləyirik”, – deyə o qeyd edib.
Qeyd edək ki, Amazon-un özünün hazırladığı Trainium süni intellekt çipləri Nvidia-nın məhsulları ilə rəqabət aparmaq üçün inkişaf etdirilir. Decart-ın texnologiyasının əldə edilməsi Amazon-un bu sahədəki imkanlarını gücləndirə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
28 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
33 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
39 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
58 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
























