BYD Fransada keçmiş “Mercedes-Benz” zavodunu almaq üçün danışıqlara başlayıb
BYD Avropa sürücüləri üçün Fransada avtomobil istehsal etmək istəyir. Çin avtomobil istehsalçısı Fransa–Almaniya sərhədindəki zavoda göz dikib.Çinin avtomobil istehsalçısı BYD Fransanın Hambax şəhərində yerləşən avtomobil zavodunu almaq üçün “INEOS Automotive” ilə eksklüziv danışıqlara başlayıb. Şirkət burada Avropa sürücülərinin tələblərinə uyğun avtomobillər istehsal etmək niyyətindədir.
Marja.az BYD-nin noyabrın 24-də yaydığı açıqlamaya istinadən xəbər verir ki, tərəflər alqı-satqını hələ yekunlaşdırmayıblar. Nəzərdə tutulan əməliyyatla bağlı işçiləri təmsil edən şuralarla məsləhətləşmələr aparılmalıdır. Zavodun satış qiyməti, planlaşdırılan istehsal həcmi, BYD-nin burada istehsal edə biləcəyi modellər və əməliyyatın gözlənilən tamamlanma tarixi açıqlanmayıb.
BYD bildirib ki, zavodun fəaliyyətini davam etdirmək, yerli məşğulluğu dəstəkləmək, bölgədəki işçilər və təchizatçılar üçün yeni imkanlar yaratmaq niyyətindədir. Şirkət bu sərmayə planını Avropada uzunmüddətli fəaliyyət strategiyası və Fransaya inamı ilə əlaqələndirib.
Fransa–Almaniya sərhədi yaxınlığında yerləşən zavodun sahəsi təxminən 210 min kvadratmetrdir. “INEOS Automotive” müəssisəni 2021-ci ilin yanvarında “Mercedes-Benz”dən alıb. Hazırda burada “Grenadier” və “Quartermaster” yolsuzluq avtomobilləri istehsal olunur. Zavodda tam avtomatlaşdırılmış kuzov sexi, yarımavtomatlaşdırılmış rəngləmə sexi və keyfiyyətə nəzarət mərkəzi fəaliyyət göstərir.
“INEOS Automotive” satış baş tutacağı təqdirdə hər iki modelin istehsalının ortamüddətli dövrdə Hambaxda davam edəcəyini gözləyir. Şirkət ABŞ-da istehsal üçün də potensial məkanların qısa siyahısını hazırlayıb və 2028-ci ildə hər iki modelin ABŞ-da istehsalına başlamağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
28 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
33 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
39 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
58 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
























