970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Çinin aviaşirkəti dəyəri 7,4 milyard dollar olan 50 “Boeing” təyyarəsi alır

AzVak-mobil_resmin_ustu_31
Çinin aviaşirkəti dəyəri 7,4 milyard dollar olan 50 “Boeing” təyyarəsi alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin “Xiamen Airlines” aviaşirkəti 50 ədəd “Boeing 737-8” təyyarəsinin alınması barədə razılığa gəlib. Təyyarələrin ümumi kataloq dəyəri təxminən 7 milyard 400 milyon ABŞ dollarıdır. “Boeing”in tətbiq etdiyi endirimlər hesabına faktiki alış qiyməti daha aşağı olacaq. Tərəflər müqavilənin məxfilik şərtlərinə əsasən yekun məbləği açıqlamayıblar.

Marja.az “Xiamen Airlines”ın səhmlərinin 55%-nə sahib olan “China Southern Airlines”ın noyabrın 24-də Honkonq Fond Birjasına təqdim etdiyi açıqlamaya istinadən xəbər verir ki, təyyarələrin 2031–2034-cü illərdə mərhələlərlə təhvil verilməsi nəzərdə tutulur. Alış həm şirkətin öz vəsaiti, həm də kənar maliyyələşmə hesabına həyata keçiriləcək. Sövdələşmə səhmdarların və Çinin müvafiq dövlət qurumlarının təsdiqindən asılıdır. Birja açıqlaması

“China Southern Airlines” bildirib ki, yeni təyyarələr “Xiamen Airlines”ın yeni “Xiamen Xiang’an” Beynəlxalq Hava Limanına köçməsinə və marşrut şəbəkəsini genişləndirməsinə kömək edəcək. Qrup bundan əvvəl “Airbus A320neo” ailəsinə aid 137 təyyarənin alınması barədə də razılaşma əldə edib. Şirkətin qiymətləndirməsinə görə, müxtəlif istehsalçılardan təyyarə alınması donanmanın tərkibini şaxələndirəcək və uçuşların təşkilində çevikliyi artıracaq.

ABŞ Prezidenti Donald Tramp ötən həftə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdükdən sonra Çinin əlavə 250 “Boeing” təyyarəsi alacağını gözlədiyini bildirib. Tramp noyabrın 23-də CNBC-yə müsahibəsində deyib ki, artıq Çinə 250 “Boeing” satıb və daha 250 təyyarəlik sifariş gözləyir.

Ağ Evin məlumatına görə, mayda Trampın Pekinə səfərindən sonra Çin yerli aviaşirkətlər üçün ilkin mərhələdə 200 “Boeing” təyyarəsinin alınmasını təsdiqləyib. Bu, Çinin 2017-ci ildən bəri ABŞ istehsalı “Boeing” təyyarələrinin alınmasına dair ilk öhdəliyi olub. “Xiamen Airlines”ın 50 təyyarəlik sifarişinin həmin öhdəliyə daxil olub-olmadığı hələlik məlum deyil.

Noyabrda Asiyanın digər aviadaşıyıcıları, o cümlədən “Philippine Airlines” və “Malaysia Aviation Group” da “Boeing” təyyarələri sifariş etdiklərini açıqlayıblar.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

25.11.2026 08:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19