“PAŞA Bank”ın aktivləri 3,5 milyard manata yaxınlaşdı
“PAŞA Bank” ASC 2017-ci ilin 9 ayını 29 milyon 70 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
“Marja” Bankın yerli standartlara əsasən hazırlanmış maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 161 milyon 91 min manat, o cümlədən faiz gəlirləri 122 milyon 559 min manat, qeyri-faiz gəlirləri 38 milyon 532 min manat təşkil edib.
2016-cı ilin anoloji dövrü ilə müqayisədə PAŞA Bankın cəmi gəlirləri 22,5% artıb. Belə ki, 2016-cı ilin 9 ayı ərzində Bankın cəmi gəlirləri 131 milyon 538 min manat, o cümlədən faiz gəlirləri 76 milyon 904 min manat, qeyri-faiz gəlirləri 54 milyon 634 min manat təşkil etmişdi.Beləliklə, bu il Bankın faiz gəlirləri 59,3% artıb, qeyri faiz gəlirləri isə 29,4% azalıb. Qeyri - faiz gəlirlərinin azalmasının əsas səbəbi valyuta ticarətindən gəlirlərin 36 milyon 928 min manatdan 27 milyon 978 min manata geriləməsidir. Bankın xalis haqq və komissiya gəliri də azalıb.
PAŞA Bank cari ilin 9 ayı ərzində faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata təxminən 40 milyon manat ayırıb.
Bütün xərclər çıxıldıqdan sonra Bankın 32 milyon 732 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətindən 3 milyon 662 min manat mənfəət vergisi ödənilib. Nəticədə PAŞA Bank, 9 ayı 29 milyon 70 min manat xalis mənfəətlə bağlayıb. PAŞA Bank 2016-cı ilin 9 ayını 12 milyon 653 min manat xalis mənfəətlə başa vurmuşdu.
30 Sentyabr 2017-ci il tarixində PAŞA Bank 3 milyon 457 milyon 155 min manat cəmi aktivlərə, 3 milyard 84 milyon 370 min manat cəmi öhdəliklərə və 372 milyon 785 min manat cəmi balans kapitalına malik olub.
PAŞA Bank 2016-cı ilin sonunda 3 milyard 138 milyon 803 min manat cəmi aktivlərə, 2 milyard 736 milyon 408 min manat cəmi öhdəliklərə və 402 milyon 395 min manat cəmi balans kapitalına malik idi. Kapitalın azalması Bankın səhmdarlarına dividend ödəmsilə bağlıdır.
Müştərilərə verilən kreditlər ötən ilin sonundakı 870,2 milyon manatdan 903 milyon 571 milyon manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
5 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
5 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
5 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
7 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























