Naxçıvanda əhalinin banklarda cəmi 7 milyon manat əmanəti var
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən cari ilin 9 ayının sonuna muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 104 milyon 314 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 4 milyon 379 min manat, uzunmüddətli kredit qoyuluşu isə 99 milyon 935 min manat təşkil edib.
Aparılan təhlillər göstərir ki, cari ilin yanvar-sentyabr aylarının nəticələri, ümumilikdə, muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları üçün uğurlu olub. Banklar qarşısında qoyulmuş ən mühüm vəzifələrdən biri olan iqtisadiyyata kredit qoyuluşunda müsbət dinamika qorunub saxlanılıb. Belə ki, cari ilin 9 ayı ərzində verilmiş kreditin məbləği 23 milyon 736 min manat olub ki, bunun da 3 milyon 497 min manatı qısamüddətli, 20 milyon 239 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.
Verilmiş kreditlərin 1 milyon 572 min manatı kənd təsərrüfatı, 556 min manatı sənaye, 70 min manatı tikinti, 6 milyon 13 min manatı kommersiya, 3 milyon 453 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 12 milyon 72 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsinə yönəldilib.
Sahələr üzrə nəzər saldıqda, 50,9 faizlə istehlak kreditləri, 6,7 və 2,3 faizlə kənd təsərrüfatı və sənaye sahələri, 14,5 faizlə isə ipoteka kreditləri daha çox diqqəti cəlb edir.
Kənd təsərrüfatı üzrə verilmiş kreditlərin 1 milyon 98 min manatı heyvandarlığın, 87,4 min manatı isə kartofçuluğun inkişafına yönəldilib.
Ötən illərdən fərqli olaraq bu il qarğıdalı əkinlərinin genişləndirilməsi üçün verilmiş 78,7 min manatlıq kredit bu sahənin inkişafında mühüm rol oynayıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas strateji məhsul olan taxılçılığa isə bəhs olunan dövrdə 65,6 min manat həcmdə kredit yönəldilib ki, bu da bitkiçilik məhsulları üzrə xərclənmiş ümumi vəsaitin 21,6 faizini təşkil edir.
Cari ilin 9 ayında muxtar respublika iqtisadiyyatına kredit qoyuluşunu həyata keçirən kredit təşkilatları arasında isə 91,9 faizlə özəl banklar üstünlük təşkil edir. Bunlardan sonrakı yerləri 2,5 faizlə bank olmayan kredit təşkilatları və 5,5 faizlə dövlət bankları tutmaqdadır.
Bəhs olunan dövrdə “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən bank qurumlarının qeyri-nağd ödənişlərin həcminin artırılması istiqamətində gördüyü işlər də uğurlu olub. Belə ki, muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 574-ü Naxçıvan şəhərində, 683-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 1257-yə çatdırılıb.
Elektron ödəniş alətlərindən istifadəyə yaradılmış şərait və aparılan maarifləndirmə işləri sayəsində nağdsız ödənişlərin həcmində artım dinamikası qorunub saxlanılıb, cari ilin yanvar-sentyabr ayları ərzində hər ay orta hesabla 2,5 milyon manat elektron ödəniş həyata keçirilib.
Təhlil olunan dövrdə bankların əhali ilə apardığı işlərin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb olunmasında da müəyyən işlər görülüb. Belə ki, 2017-ci ilin 9 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 7 milyon 19 min manat, o cümlədən milli valyuta ilə 4 milyon 529 min, xarici valyuta ilə isə 2 milyon 490 min manat təşkil edib. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə milli valyuta ilə cəlb edilən əmanətlərin həcmi 1 milyon 662 min manat artıb, xarici valyuta ilə cəlb edilən əmanətlərin həcmi isə 1 milyon 140 min manat azalıb.
Müqayisə üçün qeyd edək ki, Sentyabrın sonuna ölkə üzrə banklarda əhalinin 7 milyon 22,2 milyon manatdır.
Əldə olunan nəticələri və dünya iqtisadiyyatında baş verən proseslərlə mövsümi faktorları da nəzərə alsaq, ümumilikdə, muxtar respublikada bank sektorunda maliyyə dayanıqlılığının təmin olunduğunu göstərmək mümkündür. Bunun üçün gələcəkdə muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları qarşısında elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, nağdsız hesablaşmaların miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması prioritet sahə kimi qarşıya qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
4 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
7 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
7 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
7 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















