Yüksək faizlə əmanət qəbul edən 8 bank qaldı - SİYAHI
Xəbər verdiyimiz kimi, Azərbaycan bankları əhalidən cəlb edilən əmanətlərə təklif olunan faizləri aşağı salmağa başlayıblar. Əksər banklarda manat əmanətinə təklif edilən ilik qazanc faizi 10%-ə və ya daha aşağı düşüb.
“Marja”nın apardığı araşdırma nəticəsində məlum oldu ki, yüksək faizlə (1 il müddətinə, 13% və daha yüksək faiz təklif edənlər) əmanət qəbul edən bir neçə bank qalıb. Həmin banklar, TuranBank, AtaBank, Dəmir Bank, MuğanBank, AGBank, AccessBank, NBC Bank və Bank Avrasiya-dır. Bu banklarda 1 il müddətinə, faizin götürülməsi şərtindən (aylıq, rüblük və ya müddətin sonunda) asılı olaraq 13-16,5%-lə əmanət yerləşdirə bilərsiniz. Qeyd edək ki, manat əmanətlərində sığorta faizi 15% təşkil edir.
“Marja”nın əldə etdiyi məlumata görə, gələn ildən yüksək faizin olduğu bankların da faizləri aşağı salacağı gözlənilir. Bəlkə də, Dekabr ayı yüksək faizlə bankda əmanət yerləşdirmək üçün son aydır.
Yüksək əmanət faizlərinin olduğu bankların təklif etdiyi imkanlar fərqlidir. Bir bank əmanət yerləşdirənə hədiyyə verərkən, digər bank faiz qazancını əmanət yerləşdirən gün götürməyi təklif edir və s.
06 Dekabr 2017-ci il tarixinə, 12 ay müddətinə, faizlərin götürülməsi şərtindən asılı olaraq faiz dərəcələri aşağıdakı kimidir. (Qeyd edək ki, banklar 13-36 ay müddətinə yerləşdirilən əmanələrə görə nisbətən yüksək faizlər təklif edirlər.)
Bankı adı | 12 ay üçün faiz dərəcəsi |
Access Bank | 12,3-13% |
AFB Bank | 7% |
AGBank | 13-14% |
Amrahbank | 9-10% |
AtaBank | 15% |
Azər Türk Bank | 10,5-11% |
Azərbaycan Beynəlxalq Bankı | 9-10% |
Azərbaycan Sənaye Bankı | 12% |
Bank Avrasiya | 13% |
Bank of Baku | 12% |
Bank BTB | 11-12% |
Bank Respublika | 7-8% |
Bank Silk Way | 2% |
Bank VTB (Azərbaycan) | 11,4-12% |
DəmirBank | 13-15% |
Expressbank | 10-10,4% |
Günay Bank | 12% |
Kapital Bank | 8-8,5% |
Muğanbank | 15% |
Naxçıvanbank | 2-4% |
NBCBank | 13-14% |
Paşa Bank | Min 30 min, Razılaşma ilə, |
Rabitəbank | 8-9% |
TuranBank | 16-16,5% |
Unibank | 9-10% |
Xalq Bank | 6% |
Yapı Kredi Bank Azərbaycan | 11% |
Ziraat Bank Azərbaycan | 9% |
Banklar əhalidən cəlb etdikləri vəsaitləri sata bilmədikləri, yəni, kredit götürənlər azaldığından yüksək faizlə əmanət cəlb etməkdə maraqlı deyillər. Digər tərəfdən, fiziki və hüquqi şəxslərə bank hesablarından nağd vəsaitin çıxarılmasına məhdudiyyətlər tətbiq edildiyindən banklarda böyük məbləğdə vəsait yığılıb. Bu gün həmin vəsitlərin çoxu qısamüddətli olsa da, iqtisadiyyata ötürülə bilnmir. Banklar həmin vəsitlərin bir hissəsi ilə depozit və not hərraclarında iştirak edir, dövlət istiqrazları alırlar. Bu şəkildə vəsaitlər yerləşdirilərək qazanc götürülür. Daha ətraflı: http://marja.az/news/17049
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
8 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
8 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
9 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
11 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























