Nağd pulla topdan satışı qadağan olundu, bəzi siqaretlər bahalaşdı
Bu gündən tütün məmulatların nağd pulla topdan satışı qadağan olunub. Tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olanlar bildirib ki, mağazalara tütüm məmulatlarının tədarükü dayandırılıb.
"Bu gün mağazamıza siqaret gəlməyib. Bizə bildiriblər ki, bu gündən siqareti ancaq bank köçürməsi (və yaxud VÖEN-ə bağlı kart hesabı - red.) ilə almaq mümkündür. Topdan satışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər. Pərakəndə ticarətlə məşğul olanların 90%-nin nə kartı var, nə də hesabları. Bir sözlə, siqaretin pulu öncədən ödənildikdən sonra mağazalara siqaret göndəriləcək. Pul əvvəlcədən ödənməyəcəksə, siqaret də gəlməyəcək".
Sahibkarlar hesab edir ki, tütün məmulatlarının nağdsız topdan satışı qiymət artımına yol aça bilər.
"Artıq dünəndən bizə siqaret satmırlar. Buna səbəb kimi də kartımız və hesabımızın olmaması göstərilir. Bizə bildirirlər ki, hansı siqaretdən nə qədər lazımdırsa, qabaqcadan pulunu ödəyin biz də gətirək. Hazırda topdan satış mərkəzlərində siqaretin qiymətində artım yoxdur. Amma pərakəndə satışla məşğul olanlara nağd pulla satış qadağan olunduğundan tütün məmulatlarında qıtlıq müşahidə edilir. Ona görə də bəzi mağazalar siqaretlərin qiymətini cüzi artırıb. Əvvəllər topdansatışla məşğul olanlar pərakəndə ticarət mərkəzlərinə sifariş olunan həcmdə siqaret gətirir, müəyyən müddətdən sonra gəlib malın pulunu götürürdülər. Siqaretlərin nağdsız qaydada əvvəlcədən ödəniş edilməklə alınması üçün külli miqdarda pul lazımdır. Belə davam etsə, pərakəndə ticarətlə məşğul olanlar qiymətləri mütləq qaldıracaqlar", - deyə pərakəndə ticarətlə məşğul olanlar vurğulayıb.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanına əsasən 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunacaq. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq.
© APA
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
21 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 44 d. əvvəl
-
52 d. əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
Ən çox oxunanlar
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi

























