Lisenziyası ləğv edildi - PALATDAN QƏRAR
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir. Bu barədə "Marja"ya Palatadan bildirilib.
Beləliklə, Azərbaycanda bankların sayı 30-a düşdü.
NƏ ÜÇÜN BAĞLANIR?
Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul etmişdir.
“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib.
“DəmirBank” ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət etmişdir.
DəmirBank 1989-cu ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir
SƏHMDAR(LAR) / TƏSİSÇİLƏR
25,00% - AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI
19,62% - RƏHMAN HACIYEV
19,33% - 810 FİZİKİ ŞƏXS
10,00% - FMO İNKİŞAF MALİYYƏ ŞİRKƏTİ (NİDERLAND)
9,65% - ƏSABƏLİ HACIYEV
5,45% - ROMAN ƏMİRCANOV
5,30% - SƏKİNƏ HACIYEVA
5,30% - KÖNÜL HACIYEVA
0,25% - 16 HÜQUQİ ŞƏXS
PLAN VAR İDİ
"Dəmir Bank" bu ilin İyul ayında yaydığı məlumatda bildirirdi ki, 11 beynəlxalq investor "DəmirBank" ASC-in məcmu kapitalının artırılmasına qərar vermişdir. Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (yeni), Qara dəniz Ticarət və İnkişaf Təşkilatı (yeni), German DEG (KfW Group) (yeni), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG (yeni), OPEK Beynəlxalq İnkişaf Fondu (yeni) və digər maliyyə nəhəngləri yer alırdı.
Məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici borclarının (105 milyon dollar = 179 milyon manat) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tuturdu.
Yeni kapitallaşma planına əsasən, “Dəmirbank”ın nizamnamə kapitalı 105 milyon dollar və yaxud bugünkü məzənnə ilə 178,5 mln. manat artırılaraq 199,5 mln. manata çatdırılacaq. Kapital artımı son vaxtlar Azərbaycanın bank sektorunda geniş yayılmış təcrübə - xarici investorlara qaytarılmalı olan borcların adi səhmlərə çevrilməsi yolu ilə həyata keçiriləcək. Bu isə o deməkdir ki, Bankın nizamnamə kapitalında yerli səhmdarların payı 13,65 milyon manat (6,85%) qalacaq, xarici səhmdarların payı isə 185,85 milyon manat (93,15%) olacaqdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 42 d. əvvəl
- 48 d. əvvəl
-
-
1 saat əvvəl
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
2 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 2 saat əvvəl
-
11 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
PAŞA Holding və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib
İrşad 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır

















