Ofisdə çalışanlar 1 saatlıq naharın ən azı 20 dəqiqəsini gəzməlidir - OFİS XƏSTƏLİKLƏRİ
Oturaq iş, stress, qeyri-müntəzəm qidalanma- bunlar ofis həyatının xoşagəlməz komponentləridir. Soyuq fəsillərdə həmin təsirlər daha da güclənir və orqanizmdə müəyyən narahatlıqlara səbəb olur. Qrip fəsli sayılan payız və qış aylarında həmin problemlər xüsusilə kəskinləşir.
Ofis şəraitində hava-damcı infeksiyalarına tez yoluxmaq mümkündür, çünki iş stolunda müxtəlif bakteriyaların çoxalması üçün münbit şərait olur. Bundan başqa gün ərzində iş otağındakı telefona, kompüter klaviaturası və qapı dəstəyinə başqalarının da əli toxuna bilər. Bunun nəticəsində mikrobların inkişafı üçün münbit şərait yaranır. Ona görə də monitorun qarşısında yemək yedikdən sonra oranı təmiz silmək, həmçinin əlləri, o cümlədən şəxsi və tez-tez toxunulan əşyaları nəm salfetlərlə silmək və dezinfeksiya etmək lazımdır.
Gün ərzində kresloda əyləşmək artıq çəki əmələ gəlməsinə aparan ən sadə yoldur. Soyuğun artdığı, günəş şüaları və istiliyin azaldığı vaxtda orqanizm piy toplamağa başlayır. İş stolunun üzərinə konfet, şokolad, peçenye və s. yeməli şeylər qoymaq lazım deyil. Böyük Britaniyanın Kembric Universitetinin mütəxəssisləri belə qənaətə gəliblər ki, ac olmadıqda qəbul edilən karbohidrat orqanizmdə artıq piy toxumasına çevrilir. Ona görə də ofisdə çalışanlara iş yerində nahara 1 saat vaxt verilirsə, onun ən azı 20 dəqiqəsini gəzməyə sərf etməlidirlər. Bu, nəinki yeməyi həzm etməyə, həmçinin əhval-ruhiyyənin yaxşılaşmasına və diqqəti toplamağa da kömək edir.
Heç də bütün ofislər yaxşı iş şəraiti ilə-kondisioner və qızdırıcılarla təmin edilməyib. Yayda həddindən artıq isti, qışda isə soyuq mühit rahat işləməyə imkan vermir. Belə şəraitdə fikri cəmləmək mümkün olmur. Bədən normal temperaturu saxlamaq üçün çox enerji sərf edir və yorulur. Nəticədə immunitet zəifləyir, ürək-qan damar sistemi zərbə ilə üz-üzə qalaraq stress və yuxusuzluğun inkişafına təkan verir. Belə iş şəraitində çox da soyuq olmayan maye qəbulu, əlləri və üzü tez-tez yumaq və otaq bitkiləri kömək edə bilər. Həmçinin geyimi dəyişərək sintetik materiallardan istifadə etməmək yaxşı nəticə verir. Soyuqdan qorunmaq üçün isti şorbalar və çoxlu isti çay içilməlidir. Yeməyə və çaya zəncəfil də əlavə etmək olar. Təbii ki, qalın geyinmək lazımdır, əgər çox qalın və yun gödəkcələrdə metro və ya nəqliyyatda getmək çətinliyi varsa, onda hansısa qalın bir paltarı ofisdə saxlamaq olar.
Daimi olaraq keçməyən öskürək və zökəm narahat etdikdə antibiotik içmək lazımdır. Ofis allergiyasına səbəb olan toksiki və allergen zərrəciklər kondisioner, printer, skaner və digər texniki vasitələrdən havaya daxil olaraq müxtəlif sahələrə çökür.
Əslində ofisdə kompüter qarşısında əyləşib işləməklə gözlərin sağlamlığı uğrunda mübarizə aparmaq bir araya sığmır. Xüsusilə də soyuq aylarda 8 saatlıq iş rejimindən sonra gözlərdə ağrı daha da güclənir. Məsələ ondadır ki, qışda küçədə olduğu kimi ofisdə də havanın nəmliyi, rütubəti kəskin aşağı düşür və bu, göz almasının qurumasına aparıb çıxarır, gözdə göynəmə, yandırma, qaşınma hissləri yaradır. Gözlərin ovulması selikli qişaya infeksiyanın düşməsinə səbəb olur. Bunların qarşısını almaq üçün ofisdə əlləri tez-tez yumaq və onu gözə, üzə vurmamaq lazımdır. Ən yaxşı variant isə otaq üçün hava nəmləndiricisi almaqdır.
Çiyin, boyun, əl və ayaq əzələlərində baş qaldıran ağrılar öz-özünə yarana və keçə bilər. Bunun əsas səbəbi uzun müddət eyni vəziyyətdə oturmaq və hərəkət etməməkdir. Həmin müddətdə əzələlərdə süd turşusu toplanmağa başlayır. Əslində orqanizm həmin maddəni enerji sərfi üçün istifadə edir. Hərəkət etmədikcə həmin maddə əzələdə toplanaraq ağrı verir.
Payız və qış fəslində xüsusilə işığın və xoşbəxtlik hormonu serotoninin çatışmazlığı yaranır. Diqqət yayğınlığı və iş qabiliyyətinin azalması onun əsas əlamətləri sayılır. Belə olduqda 3-4 günlük məzuniyyət götürmək, təmiz havada gəzmək lazımdır. Əlamətlər bununla keçməsə həmin halın xroniki yorğunluq sindromu olduğunu güman etmək olar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
14 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
44 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















