Ermənilərin ziyan vurduğu təsərrüfatın yarım milyon borcu silinib
Rəhbərlik etdiyim müasir heyvandarlıq kompleksi 2008-ci ildə Ağdam rayonunun düşmənlə təmas xəttində yerləşən Əfətli kəndi ərazisində yaradılıb. 2010-cu ildə dövlət tərəfindən ayrılmış 800 min manat güzəştli kredit və lizinqdən istifadə etməklə, yaradılmış kompleksdə xaricdən gətirilmiş yüksək məhsuldarlığa malik cins heyvanların baş sayı 500-ə çatdırılıb, müasir avadanlıqlar alınaraq quraşdırılıb.
Bunu Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.
Fermer deyib:
-2016-cı ildə mənfur düşmənin təxribatına cavab olaraq başlanmış və tariximizə şanlı səhifələr yazmış Aprel döyüşləri zamanı qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli zərbələr vuraraq onu böyük itkilərlə geri çəkilməyə məcbur etdi. Həmin döyüşlərdə düşmən dinc əhalinin evləri ilə yanaşı, bizim təsərrüfatımızı da hədəfə almış və atdığı mərmilərin 6-sının təsərrüfatın ərazisinə düşməsi nəticəsində 200 başadək cins heyvan tələf olub, elektrik yarımstansiyası, sağım və gübrəsəpən aqreqatlar, soyuducu sistemlər və digər avadanlıqlar sıradan çıxıb, tikililər yararsız hala düşüb.
Hadisələrdən dərhal sonra Sizin və birinci xanım Mehriban Əliyevanın bölgəmizə səfəri hər zaman bizimlə olduğunuzu bir daha sübut etdi. Tapşırığınıza əsasən dövlət qurumlarının nümayəndələri yerli və xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə hadisə yerinə gələrək tələfat və dağıntıların aradan qaldırılması üçün hərtərəfli dəstək veriləcəyini bildirdilər. Təcavüzkar erməni vandalların törətdikləri vəhşiliklərin və dağıntıların mənzərəsi kütləvi informasiya vasitələri tərəfindən dünya ictimaiyyətinə çatdırıldı.
Dövlət lizinqi üzrə 460 min manat qalıq borc öhdəliklərimiz heyvandarlıq kompleksinin fəaliyyətinin bərpa olunmasına, yararsız hala düşmüş texniki avadanlıqlara və tələf olmuş cins mal-qaraya görə silindi. Sıradan çıxmış bütün avadanlıqlar dövlətimizin dəstəyi nəticəsində yeniləndi, xaricdən 200 baş məhsuldar cins heyvan alınaraq təsərrüfata gətirildi, müəssisəmizə yenidən 500 min manat güzəştli kredit verildi. Bu dəstək sayəsində təsərrüfatımız qısa müddət ərzində fəaliyyətini tam bərpa etdi.
Hazırda təsərrüfatda 30-dan çox işçi çalışır, 700 başdan artıq cins heyvan bəslənilir. Gündə 5 ton yüksək keyfiyyətli süd istehsal olunaraq emal müəssisəsinə təhvil verilir.
Möhtərəm cənab Prezident, təmas xəttində, düşmənin bir addımlığında fəaliyyət göstərməyimizə baxmayaraq, heç nədən çəkinmirik, Sizin qətiyyətinizə və Ordumuzun qüdrətinə inanaraq təsərrüfatımızı daha da genişləndiririk. Hədəfimiz cins heyvanların baş sayını 1500-ə, gündəlik süd istehsalını isə 20 tona çatdırmaqdır. Bu məqsədlə təsərrüfatın yem bazasını genişləndirmək üçün torpaq sahəsinin ayrılmasına ehtiyac vardır.
Bütün Azərbaycan xalqı kimi, biz cəbhə bölgəsinin sakinləri də torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin qüdrətlənməsi naminə yürütdüyünüz siyasəti dəstəkləyir, qətiyyətinizə inanırıq. Əminik ki, torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
11 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
11 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















