Mənzillər 36 aylıq fazisiz kreditlə təklif olunur
“AS Qrup İnvestment” şirkətlər qrupu premium seqment mənzil almaq arzusunda olan şəxslər üçün 17 Martdan etibarən xüsusi kampaniya başladır. Şirkətlər qrupuna aid və payızda tamamilə təhvil verilməsi planlaşdırılan “Renessans Palace” premium yaşayış kompleksində 36 aylıq fazisiz kredit imkanı təklif olunur.
Kampaniya şərtlərinə əsasən ilkin ödəniş 25% təşkil edir. “Renessans Palace”da mənzil almaq istəyən şəxs növbəti 3 ilin 35 ayında evin dəyərinin 50%-ini hissə-hissə keçirir və 36-cı ayda geridə qalan 25% hissəni ödəyir.
“AS Qrup İnvestment”dən bildirilir ki, aksiya bir neçə ay müddətinə tətbiq ediləcək. Qeyd olunan güzəştlərdən faydalanaraq Bakının Yasamal rayonunda premium mənzil sahibi olmaq istəyənlər fürsətdən vaxtında yararlanmalıdırlar.
İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı lift quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.45 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı pəncərələr olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.
Daha ətraflı: http://renessanspalace.az
Tel.: (+994 12) 538 29 77 / 78
Mob.: (+994 50) 715 88 88
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır












.jpg)






.jpg)




