Əmlakla bağlı 2 komitə razılaşdı
17 may tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi arasında məlumat mübadiləsi haqqında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumatda bildirilir ki, Memorandum iki qurum arasında əməkdaşlıq istiqamətlərini, iktərəfli əlaqələrin inkişafı perspektivlərini müəyyən edir.
Məlumatda qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində təşkil olunmuş təqdimat çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalar nümayiş edilib.
Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev modern və çevik idarəetmənin təmin edilməsi ilə bağlı dövlət orqanlarına mühüm tapşırıqlar verir. Əmlak Məsələləri Dövlət Komitəsi də aparılan islahatlara uyğun olaraq fəaliyyətində müasir yanaşmalara əsaslanan yeniliklər tətbiq edir. Komitə tərəfindən görülən tədbirlər daşınmaz əmlak idarəçiliyində fəaliyyətin elektron müstəviyə keçidinin reallaşmasına, innovasiyaların tətbiqinə, şəffaflığın artırılmasına, vətəndaş rahatlığının və məmnunluğunun təmin olunmasına istiqamətlənib. Komitə bununla bağlı gələcək hədəflərini və fəaliyyət prinsiplərini artıq müəyyənləşdirib. Torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi reallaşdırılacaq, ölkədə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulacaq. Göstərilən bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası təmin ediləcək, özəlləşdirmə tam elektronlaşacaq, xidmətlər vətəndaşın məkanında olacaq. Bu işlərin yerinə yetirilməsi üçün isə müasir kadr potensialı formalaşdırılır çevik idarəçilik həyata keçirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə imzalanan memorandumun əhəmiyyətinə toxunan sədr qeyd edib ki, sənəd ikitərəfli əməkdaşlığın genişlənməsi baxımdan xüsusi rola malikdir. Bildirib ki, memorandum tərəflərə daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi istiqamətində geniş platforma yaradır. İmzalanan sənəd hər iki qurumun fəaliyyət sahələri üzrə mövcud və gələcəkdə əldə olunacaq məlumatların vahid formata uyğunlaşdırılmasına, dövlət şəhərsalma kadastrının Azərbaycan Respublikasının vahid dövlət kadastrı sisteminə inteqrasiyasının təmin edilməsinə və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verəcək.
Bundan başqa, memoranduma əsasən, hər iki tərəf öz səlahiyyətləri çərçivəsində torpaqların elektron kadastr uçotu sahəsində, şəhərsalma sahəsində infrastrukturun yaradılması və inkişafı istiqamətində birgə fəaliyyətə başlayır. Yerquruluşu, kadastr, geodeziya, şəhərsalma və memarlıq sahələrində beynəlxalq təcrübə araşdırılacaq, elmi-texniki nailiyyətlərin tətbiqi genişlənəcək. Artıq bu işlərin reallaşdırılması üçün müvafiq işçi qrupunun da yaradılması nəzərdə tutulur.
Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev çıxış edərək, imzalanan memoranduma əsasən hər iki qurum arasında təşkil olunan əməkdaşlığın müvafiq sahədə dövlət idarəetməsinin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Sədr bildirdi ki, bir neçə istiqamətlər üzrə və vahid formatda təşkil olunacaq məlumat mübadiləsi şəhərsalma və tikinti üzrə dövlət tənzimlənməsi sahəsinin inkişafı üçün praktiki əhəmiyyət daşıyır.
O, qeyd etdi ki, bu gün ölkəmizin paytaxtı və rayonlarında geniş abadlıq-quruculuq layihələri reallaşdırılır, yeni yaşayış məskənləri salınır, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində böyük işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu proseslərin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında başlıca vəzifə kimi qoyulmuşdur. Bu vəzifəni layiqincə yerinə yetirmək məqsədilə Komitə tərəfindən işində müasir informasiya texnologiyalarının və innovativ yanaşmanın tətbiqinə, vahid mərkəzləşdirilmiş məlumat bazalarının yaradılması və inteqrasiyasına xüsusi diqqət ayrılacaq.
Samir Nuriyev əlavə etdi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin əsas məqsədi şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və memarlıq sahələrində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi olduğunu nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Komitəsi ilə məlumat mübadiləsi və vahid informasiya bazasının yaradılması üzrə əməkdaşlıq, həmçinin, şəhərsalma nəzarətinin gücləndirilməsinə xidmət edəcək, şəhərlərin dayanıqlı inkişafının təmin olunmasına töhfə verəcək.
Sonda Samir Nuriyev və Kərəm Həsənov iki qurum arasında məlumat mübadiləsinə dair əməkdaşlıq memorandumu imzaladılar. Memorandumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi arasında mümkün məlumat bazalarının inteqrasiyasının həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri əksini tapır. Eyni zamanda, imzalanan sənədlə tərəflərin strateji planlaşdırma və innovasiyaların tətbiqi üzrə əməkdaşlıq istiqamətləri müəyyən edilir, bununla da, məlumatın emalı, təhlili və istifadəsi sahəsində birgə fəaliyyətin müasir çağırışlara uyğun təşkili üçün müvafiq tədbirlərin görülməsi planlaşdırlır.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
2 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
3 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
3 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür












.jpg)










