10 gündə 2 milyon dollara yaxın sifariş
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqataladan olan 100-ə yaxın iş adamı ilə görüşü Şəkidə baş tutub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Marja”ya daxil olmuş məlumata görə, Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, fevralın ilk 10 günü ərzində Azexportun ixrac sifarişlərinin həcmi 2 milyon ABŞ dollarına yaxınlaşır. Əsasən Çin, Rusiya, Gürcüstan, Misir, Benin, Belorus, Pakistan, Toqo və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və s. məhsullara sifarişlər gəlir. İcraçı direktor bildirib ki, Azexport təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. V.Qasımlı həmçinin ölkədə aparılan iqtisadi islahatlar barədə sahibkarlara məlumat verərək, xüsusilə ixrac potensialının artırılması istiqamətində yaradılmış şəraitdən geniş istifadənin vacibliyini vurğulayıb.
Daha sonra tədbirdə Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış edib. O sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib. Görüşdə iştirak edən 100-ə yaxın sahibkar ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə suallar veriblər.
Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsi ilə müxtəlif ölkələrdən ilin əvvəlindən 7 milyon dollara yaxın məhsul sifarişi daxil olub. Azexport.az komandasının bölgələrdə sahibkarlarla görüşləri davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 8 saat sonra
-
4 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 5 saat əvvəl
-
8 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
8 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
8 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























