Banklar 2.5 milyardlıq dollar alqı-satqısı aparıblar
Ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar 2018-ci ilin 6 ayında valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilmişdir.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 14.4 mlrd. ABŞ dollar ekvivalentində olmuşdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 87%- i ABŞ dollarında, 13%-i digər valyutalarda aparılmışdır.
Qeyri-nağd valyuta əməliyyatlarının 49.2%-i banklararası valyuta bazarında (BVB), 50.8%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılmışdır.
Hesabat dövründə BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53.3%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olmuşdur.
BVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesbına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 7.3 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 78%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 94.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil etmişdir.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 3.2 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 2.5 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
2018-ci ilin I yarımilliyində də Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilmişdir. Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir.
2018-ci ilin yanvar-iyun ayları ərzində Mərkəzi Bank tərəfindən ümumilikdə 49 valyuta hərracı keçirilmişdir. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 2 milyard 974.4 milyon ABŞ dolları təşkil etmişdir.
2018-ci ilin yanvar-iyun aylarında da manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7001 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6957, satış məzənnəsi isə 1.7022 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.3% (0.0044 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0021 manat) olmuşdur.
Dövr ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 17.3%, Avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, Rus rubluna qarşı 8.1% möhkəmlənmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 13 d. əvvəl
-
17 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 39 d. əvvəl
-
50 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”

























