Yenidən AFBİA-nın sədri seçildi
07.09.2018-ci il tarixində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin (AFBİA) növbəti Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın keçirilməsində əsas məqsədlərdən biri də Assosiasiyanın Nizamnaməsinə uyğun olaraq növbəti iki il müddətinə İdarə Heyətinin üzvlərinin və sədrinin seçilməsi olmuşdur.
İctimai Birlikdən “Marja”ya daxil olmuş məlumata görə, Ümumi Yığıncağı İdarə Heyətinin sədri Ceyhun İbrahimov giriş sözü ilə açaraq, ilk növbədə son iki ildə Assosiasiyanın fəaliyyəti barədə üzvlərə qısa məlumat vermişdir. Daha sonra Assosiasiyanın İdarə Heyətinin üzvləri səsvermə yolu ilə seçilmişdir. Səsvermənin nəticəsinə əsasən növbəti iki il üzrə Assosiasiyanın İdarə Heyətinin üzvlüyündə dəyişiklik olmamışdır.
Belə ki, “Bakı Fond Birjası”, “Milli Depozit Mərkəzi”, “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, “İnvestAZ İnvestisiya Şirkəti” QSC və “AzFinance İnvestisiya Şirkəti” QSC yenidən İdarə Heyətinə üzv seçilmişdirlər. Həmçinin növbəti iki ildə Assosiasiyanın İdarə Heyətinin sədri vəzifəsinə yenidən İnvestAZ İnvestisiya Şirkəti QSC-nin direktor müavini Ceyhun İbrahimovun namizədliyi təklif edilmiş və təklif üzvlər tərəfindən yekdilliklə qəbul olunmuşdur.
Ümumi Yığıncaq zamanı Assosiasiyanın fəaliyyəti ümumi olaraq müsbət qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, AFBİA-nın 2014-2016-cı illər üzrə fəaliyyəti əsasən fəaliyyətinin bərpa edilməsinə və qanunvericilik aktlarının real praktikaya uyğunlaşdırılmasına yönəldilsə də, 2016-2018-cı illərdə Assosiasiyanın fəaliyyət istiqamətləri daha da genişləndirilmişdir. Belə ki, cari dövrdə Assosiasiyanın əsas məqsədi fəaliyyətini ictimailəşdirmək, digər ictimai təşkilatlar, KİV-ərlə əməkdaşlığın genişləndirilməsi, həmçinin Strateji Yol Xəritəsinə uyğun olaraq, maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsi olmuşdur. Bundan başqa Assosiasiya cari dövrdə qiymətli kağızlar bazarının inkişafı məqsədilə bir sıra mühim təkliflərlə müvafiq dövlət qurumlarına müraciət etmişdir və növbəti illərdə artıq konkret addımların atılması gözlənilir.
Qeyd edək ki, hal-hazırda “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin üzvlüyünə hal-hazırda Bakı Fond Birjası və Milli Depozit Mərkəzi də daxil olmaqla, ölkəmizin qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
21 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 43 d. əvvəl
-
51 d. əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
Ən çox oxunanlar
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi

























