Korrupsiyaya İdarəsi və Agentlik razılaşdı - SAHİBKARLIĞA ƏNGƏLLƏR AŞKAR EDİLƏCƏK
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında sahibkarların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Mərasimdə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iki qurum arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətinə toxunaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan siyasi, iqtisadi və institusional islahatların maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
K.Əliyev hazırkı sənədin imzalanmasının istər tərəflər arasında sahibkarlığın inkişafına əngəl törədə biləcək korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, istərsə də başqa əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirib, yeni sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyindən əminliyini ifadə edib.
Çıxışında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin daha da gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 8 iyul 2018-ci il tarixli iclası zamanı verdiyi göstəriş və tapşırıqları xatırladan K.Əliyev, bu mühüm sahədə tərəflərin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulacaq birgə fəaliyyətinin dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına ciddi töhfə verəcəyini vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək, ölkədə kiçik və orta biznesin inkişafını stimullaşdıran tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması və dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması kimi mühüm komponentləri əhatə edən əlverişli hüquqi zəmin və sağlam iqtisadi mühit yaradılmasının sevindirici hal olduğunu qeyd edib.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında olduqca mühüm vəzifələr qoyulduğunu bəyan edən O.Məmmədov agentlik tərəfindən ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara müvafiq xidmətlərin göstərilməsi, habelə dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsinin və tənzimlənməsinin həyata keçirilməsi zamanı qarşıya çıxa biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə Baş İdarə, eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına xidmət edəcəyini vurğulamış, birgə fəaliyyət yönümlü əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirib.
İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
Xatırladaq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bundan əvvəl AMOR, Qida Təhlükəsizliyi Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də memorandum imzalayıb.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
16 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
4 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
4 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















