Kassa çekinin vurulmamasına görə - BÖYÜK CƏRİMƏLƏR GƏLİR
Cərimə ilk dəfə üçün 400 manatdan 1000 manata qalxır
Azərbaycanda kassa çekindən istifadə etməməyə görə, cərimələrin məbləği kəskin artırılır. Bu Vergi Məcəlləsinə gələn ildən qüvvəyə minəcək düzəlişlərdə nəzərdə tutulur.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Belə ki, qüvvədə olan Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə yol verildikdə 800 manat, üç və daha çox dəfə yol verildikdə isə 1200 manat məbləğində cərimə tətbiq edilirdi. İllik dövriyyəsi 200 min manatdan artıq olan mağaza və restoranlarda isə bu cərimələr müvafiq olaraq 2000, 4000, 6000 manat məbləğində idi.
"Marja" xəbər verir ki, təklif olunan dəyişikliyə görə isə, 2019-cu ildən etibarən bu pozuntuya görə bütün vergi ödəyiciləri eyni məbləğlərdə cərimə ödəyəcəklər. Belə ki, il ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha artıq hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© FED
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 8 d. əvvəl
-
20 d. əvvəl
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
-
53 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
-
56 d. əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 58 d. əvvəl
-
1 saat əvvəl
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
-
1 saat əvvəl
Diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
-
1 saat əvvəl
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
-
1 saat əvvəl
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Ən çox oxunanlar
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir
Avtomobillərin utilizasiyası ilə bağlı yeni qərar – Fond ləğv edilir
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq



























