Maliyyə sektorunda 3 milyon dollarlıq layihənin icrasına başlanılır
Bu gün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata), İsveçrənin İqtisadi Məsələlər üzrə Katibliyi (SECO) və Dünya Bankı Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının (FSMP2) rəsmi təqdimatını həyata keçirmişdir.
Layihənin məqsədi hüquqi və tənzimləyici bazanın genişləndirilməsi, Palatanın nəzarət potensialının gücləndirilməsi və əmanətçilər və maliyyə xidməti istehlakçılarının maraqlarını qorumaq məqsədilə maliyyə təhlükəsizliyinin gücləndirilməsi vasitəsilə Azərbaycanın maliyyə sektorunu stabilləşdirmək və inkişafına dəstək verməkdən ibarətdir.
“Azərbaycan hazırda tənzimləyici baza və institutlarını gücləndirməklə maliyyə sektorunun transformasiyası məqsədilə hərtərəfli islahatları həyata keçirməkdədir. SECO və Dünya Bankı ilə davamlı əməkdaşlıq bizə qabaqcıl beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanı verəcək” – Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
Layihə çərçivəsində sektorda həyata keçirilən əsas islahatların dəstəklənməsi məqsədilə tövsiyələrin hazırlanması, beynəlxalq təcrübənin bölüşülməsi və texniki yardımın təmin olunması üçün dövlət və özəl sektordan müxtəlif maraqlı tərəflərlə tərəfdaşlıq ediləcək.
“Mən inanıram ki, İsveçrə tərəfindən maliyyələşdirilən Dünya Bankının bu layihəsi maliyyə sektorunun gələcək dayanıqlı inkişafını təmin etmək və iqtisadi artım və iş yerlərinin yaradılmasında bu sektorun rolunu artırmaqda Azərbaycanın dövlət qurumlarına yardım etmək üçün vaxtında irəli sürülmüşdür” – Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi belə deyib.
FSMP2 maliyyə sektorunun potensialının artırılması və iqtisadi artımın dəstəklənməsi məqsədilə kreditləşmənin yenidən həyata keçirilməsi üçün Azərbaycanın maliyyə sektorunda bir sıra prioritet sahələri, o cümlədən hüquqi və tənzimləyici bazada islahatlar, maliyyə bazarlarına nəzarət qurumu olan Palatanın potensialının gücləndirilməsi, bank sektorunun stabilləşdirilməsi, əmanətlərin sığortalanması bazasının gücləndirilməsi, maliyyə istehlakçılarının müdafiəsinin gücləndirilməsi və problemli kreditlərin restrukturizasiyasının dəstəklənməsini əhatə edəcək.
“İsveçrə hökuməti Azərbaycanı iddialı iqtisadi, maliyyə və sosial islahatların həyata keçirilməsində dəstəkləməyi davam etdirmək əzmindədir” – İsveçrənin cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simon Haberli belə davam etmişdir “maliyyə sektorunun davamlı müasirləşdirilməsi və inkişafı, o cümlədən əsas maliyyə infrastrukturu iqtisadi artım və Azərbaycan əhalisinin daha güclü sosial və maliyyə müdafiəsinin təmin olunması üçün vacibdir”.
FMSP2 İsveçrə Hökumətindən ayrılmış 3 milyon dollar məbləğində qrant hesabına Dünya Bankı tərəfindən 2017-2020-ci illər ərzində icra ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
10 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
10 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
10 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
13 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























