Gömrük pirotexniki vasitələrlə bağlı ittihamlara cavab verdi
"Həmin məhsulların gömrük sərhədindən keçirilməsin yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür. Gömrük orqanları tərəfindən saxlanılan məhsulların sonradan qeyri-qanuni yolla sərbəst dövriyyəyə buraxılması barədə deyilənlər əsla həqiqətə uyğun deyil"
"Yeni il ərəfəsində pirotexniki vasitələrin istifadəsi ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində məlumatlar yayılıb və gömrük orqanlarına qarşı əsassız iddialar irəli sürülüb".
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.
Açıqlamada bildirilir ki, Gömrük orqanları mülki dövriyyəsi məhdudlaşdırılan mallara, o cümlədən pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilmsinə qarşı qətiyyətli mübarizə aparır:
"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanuna əsasən, pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.
DGK-nın Əməliyyat-İstintaq Baş idarəsi tərəfindən pirotexniki məmulatların (partlayıcı qurğular, fişəng və sair) qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısının alınmasına nəzarət daha da gücləndirilərək həyata keçirilən hüquq-mühafizə fəaliyyətinin nəticəsində 2018-ci ilin yanvar ayından bu günə qədər 106 fakt üzrə 7 358 635 ədəd fişəng, petarda və digər pirotexnika məmulatları aşkar edilərək saxlanılıb. Yeni il bayramının gəlməsi ilə əlaqədar pirotexnika məmulatlarının ölkəyə qanunsuz yollarla gətirilməsinin artması səbəbindən təkcə son 1 ayda gömrük orqanları tərəfindən 30 belə fakt aşkar olunub ki, həmin faktlar üzrə 5 988 448 ədəd pirotexniki məmulat Gürcüstandan ölkəyə gələn şəxslərin idarə etdiyi nəqliyyat vasitələrində aşkar edilib.
Həmçinin sözügedən məmulatların gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi üçün, əsasən, nəqliyyat vasitələrinin müxtəlif hissələri gizli saxlanc yerləri kimi istifadə edilib. Belə ki, ayrı-ayrı faktlar üzrə pirotexniki məmulatlardan 250 800 ədədi nəqliyyat vasitəsinin arxa döşəməsinin altında xüsusi üsulla düzəldilmiş yerdən, 5 856 576 ədədi yük nəqliyyat vasitəsinin yük yerində olan kartof məhsullarının arxasında gizlədilmiş yerdən, 14 720 ədəd nəqliyyat vasitəsinin arxa döşəməsinin altında olan yanacaq çəninin yan hissəsində xüsusi hazırlanmış yerdən, 16 200 ədədi nəqliyyat vasitəsinin ön sol, arxa sağ və sol yan qanadlarının içindən, 7 800 ədəd nəqliyyat vasitəsinin salonunda arxa oturacağın söykənəcəyi ilə yük yerinin arasında yanacaq çənində xüsusi olaraq hazırlanmış gizli saxlanc yerindən, 4 800 ədəd nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində düzəldilmiş xüsusi yerdən aşkar olunub.
Qeyd edək ki, pirotexniki məmulatların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi və ya bəyan edilməməsinə, habelə həmin məmulatların uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozmaya, habelə bu maddələrin və məmulatların poçtla və baqajla qanunsuz olaraq göndərilməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmasına görə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
İstifadə olunduğu təqdirdə, insan sağlamlığı, ictimai asayiş və ətraf mühit üçün ciddi fəsadlar törədən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunmaqla partlayış törədir və ətrafa ciddi ziyan vura bilir. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.
Aşkar edilən faktlar üzrə saxlanılan xeyli miqdarda pirotexniki vasitələr məhz, ötən ilin dekabr ayında media nümayəndələrinin iştirakı ilə yandırılaraq zərərsizləşdirilib.
Bundan başqa DGK mütəmadi olaraq pirotexniki vasitələrin aşkar edilməsi, onların insan sağlamlığına qarşı zərəri, bu məhsulların dövriyyəsinin qadağan olunması ilə bağlı məlumatlar yayır.
Həmin məhsulların gömrük sərhədindən keçirilməsinə gəlincə isə bu yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür.
Qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən və gömrük orqanları tərəfindən saxlanılan məhsulların sonradan qeyri-qanuni yolla sərbəst dövriyyəyə buraxılması barədə deyilənlər isə gömrük orqanlarına qarşı aparılan qaralama kampaniyasının tərkib hissədidir və əsla həqiqətə uyğun deyil".
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
4 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
5 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
5 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
5 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)













