Əmək pensiyaları üçün şərtlər dəyişir
Fevralın 28-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Komitənin sədri Hadi Rəcəbli iclası açaraq gündəlik barədə məlumat verib. Qeyd edilib ki, “Əmək pensiyaları haqqında” Qanun 47 maddədən ibarətdir. Bu 47 maddənin 22 maddəsinə 98 adda dəyişiklik olub.
İclasda iştirak edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan, habelə bu qanunun müvafiq maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ qanunun müvafiq maddəsinə uyğun indeksləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Qeyd edilib ki, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Sənəddə təklif olunan dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.
Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması, pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sosial sığorta haqqının məbləğinə uyğunlaşdırılması, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması, pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbəyinin fərqləndirilməsi, kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması məqsədi daşıyır.
Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.
Vurğulanıb ki, bu dəyişiklik 2006-cı ildə ölkəmizdə tətbiq olunan pensiya islahatının növbəti mərhələsidir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
- 53 d. əvvəl
-
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Süni intellekt avtomobil alışı və servis təcrübəsini Azərbaycanda necə dəyişəcək?
-
1 saat əvvəl
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan ABA tərəfindən 6 nominasiya üzrə mükafatlandırılıb
-
2 saat əvvəl
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
-
2 saat əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
2 saat əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
2 saat əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
Ən çox oxunanlar
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib





















