Bayramqabağı hər şeyin qiymətini qaldırırlar: 30-40% fərq var
Novruz bayramı yaxınlaşdıqca bazar və mağazalarda ət və ət məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Son günlər mal əti ilə yanaşı toyuq əti və yumurtanın da qiyməti qalxıb. Bahalaşma yerindən asılı olaraq, 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır.
Toyuq ətinin bahalaşması mağazalarla bazarlarda fərqlidir. Mağazalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır.
Qeyd edək ki, marketlərdə mal ətinin qiyməti 11.50-12.50 manat arasında dəyişir. Sümüksüz ətin kiloqramı isə 13 manatdır. Qoyun ətinin kiloqramı 11-12 manatdan təklif olunur. Qəssablarda isə mal əti 10.50-11 manata təklif olunur. Sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatın üzərindədir.
Diqqətçəkən məqamlardan biri də odur ki, mərkəzdən uzaqlaşdıqca ətin qiyməti də ucuzlaşır. Məsələn, Bakının mərkəzində kiloqramı 11.50 manata satılan ət ətraf rayonlarda, 10.50 -11 manata, Bakı kəndlərində- Maştağada 10.50, Balaxanıda isə 10 manata satılır.
Quş ətinin qiymətinə gəlincə, marketlərdə müxtəlif şirkətlərə məxsus yerli dondurulmuş toyuq ətlərinin kiloqramı 4.50 -5 manat arasında dəyişir.
Bazarda isə diri şəkildə toyuqlar 6-7 manata satılır. Bu qiymətə 1 manat da əlavə etsəniz, toyuğu gözünüzün önündə kəsib təmizləyirlər.
Yumurtanın qiymətinə gəlincə, qısa bir müddət ərzində qiymətlər 12 qəpiyə kimi düşsə də, hazırda yenidən 15-17 qəpik arasında dəyişir. Təbii ki, söhbət fabrik yumurtasından gedir. Çünki kənd yumurtasının bir ədədi 25-30 qəpiyə təklif olunur.
Toyuq ətinin və yumurtanın bahalaşma səbəblərinə gəlincə, satıcılar qiymətlərin quş əti istehsalçıları tərəfindən qaldırıldığını iddia edirlər. Onların fikrincə, bayramla əlaqədar bahalaşma davam edəcək. Çünki tələbat artıb.
Broyler firmalarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymətlərin qalxmasına görə satış mərkəzlərini ittiham edir. Onun sözlərinə görə, toyuq ətinin qiyməti mağaza rəhbərləri tərəfindən süni yolla artırılıb.
Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. Toyuq məhsulunun topdansatış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.
Aydın Vəliyevin sözlərinə görə, yerli istehsalın maya dəyəri xaricdən idxal edilən məhsullardan daha baha başa gəlir:
“Bu gün bizdə yem xaricdən alındığı üçün yumurtanın bir ədədinin qiyməti 14-15 qəpiyə başa gəlir. Yumurta 11 qəpiyə satılanda istehsal həddən artıq çox, tələbat isə az idi. Məcburən qiymətləri endirdik. İri təsərrüfatlar yemi xaricdən birbaşa özləri alırlar. Onlar üçün yumurtanın maya dəyəri nisbətən ucuz olur, xırda təsərüfatlar isə yemi 2 və 3-cü əldən aldıqları üçün nisbətən yumurtanın maya dəyəri baha başa gəlir. Bizdə isə yumurta maya dəyərinə, hətta ondan aşağı satılır”.
A.Vəliyevin bildirdiyinə görə, topuq ətinin maya dəyəri 3.80, 3.90 manatdır: “Lakin bazarlarda 4.20 manata, 4.50 manata da toyuq əti satılır. Ümumiyyətlə, bizdə quş əti maya dəyərindən yuxarı satılmır. Mağaza qiymətləri ilə bizim satdığımız mallar arasında 30-40 faiz fərq var. Başqa müsəlman ölkələrində bayramqabağı hər şeyin qiyməti enir, amma bizdə qaldırırlar. Bu, bizim milli mentalitetimizdənir”.
© Yeni Musavat
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
23 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























