Yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər
BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “PETRONAS”, “Chevron”, “LUKOIL”, “NİCO”, “Equinor”, “INPEX”, “ExxonMobil”, “SGC”, “ITOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – bu gün Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər.
Bu layihə biznes idarəetmə təhsili üzrə cari tələbatı qarşılamağa və bu sahədə yerli təşkilatların rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək etmək üçün nəzərdə tutulub.
Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək ADA Universitetində təşkil olunmasını təmin edəcək. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb. Bu təlim proqramı dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən “TwentyEighty Strategy Execution” şirkəti ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurrikuluma əsaslanacaq.
Bu yeni Adaptiv Strateji İdarəetmə Proqramı ölkədə ilk dəfə olaraq qeyri-müəyyənlik və dəyişiklik baş verdiyi dövrlərdə təşkilatların öz hədəf və strateji məqsədlərinə doğru məqsədyönlü şəkildə irəliləməsi, rəqabətədavamlı və uğurlu fəaliyyətini davam etdirməsi məqsədilə bu cür dəyişikliklərə uyğunlaşa bilmələrinə kömək edəcək.
Layihə ABŞ-da yerləşən “TwentyEighty Strategy Execution” beynəlxalq təlim şirkəti tərəfindən ADA Universiteti ilə tərəfdaşlıq çərçivəsində yerinə yetiriləcək. Layihədə BP və tərəfdaşlarının beynəlxalq təhsil təcrübəsinin ötürülməsi modelinin davam etdiriləcəyi nəzərdə tutulur. Bu məqsədlə uzunmüddətli perspektivdə proqramın tam şəkildə yerli resurslar hesabına həyata keçirilməsi üçün beynəlxalq icraçı tərəfdaşla ilkin müddətdə tərəfdaşlığın qurulması nəzərdə tutulur. Layihədə qarşıya qoyulmuş əsas məqsədlərdən biri yerli təlimçilərə təlim verməklə dayanıqlı model çərçivəsində proqramın həyata keçirilməsini, habelə BP və tərəfdaşlarının maliyyələşdirdiyi ilkin dövrdən sonra da proqramın uğurla davam etdirilə bilməsini təmin etməkdir.
BP-nin Əlaqələr, Xarici İşlər və Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Təcrübə göstərir ki, biznes mühiti davamlı olaraq dəyişir və həmişə təşkilatların ətrafda baş verən dəyişikliklərə cəld reaksiya verməsinə zərurət yaranır. Bu istiqamətdə mühüm amillərdən biri də biznes rəhbərlərinin fəaliyyət göstərdikləri konteksti davamlı olaraq qiymətləndirmək və ona çevik şəkildə reaksiya vermək bacarığıdır. Bu yolla onlar öz rəqabət üstünlüklərini qoruyub saxlaya, planlarının və strategiyalarının uğurlu nəticələr verməsini təmin edə bilərlər. Biznes idarəetməsi üzrə bu yeni təhsil proqramının dəyişən biznes mühitində uğur qazanmaq üçün tələb olunan transformasiya yönümlü davranışlar, səriştələr və düşüncə tərzi formalaşdıracağını gözləyirik. Proqram məhz bu sahədə ölkədə potensialın yaradılmasına yardım edəcək və biz ölkədə bu potensialın yaradılması məqsədilə iki aparıcı universiteti - ADA Universitetini və Dyuk Universitetini bir araya gətirməkdən məmnunluq duyuruq.”
ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə dedi: “ADA Universiteti olaraq biz BP və tərəfdaşları ilə olan bu tərəfdaşlıqdan çox məmnunuq və inanırıq ki, bu tərəfdaşlıq şirkət rəhbərlərini cəlb etmək, onlara bazarda mühüm olan yeni səriştələr aşılamaq üçün bizim İxtisasartırma Təhsil proqramımıza yeni vasitələr təmin edəcək və Azərbaycanda potensialın yaradılması üzrə keçirilən proqramlarda universitetimizin aparıcı rolunu daha da möhkəmələndirəcək.”
Layihənin dəyəri 882 000 dollardan çoxdur və layihə müddəti iki ildir. İş həcmi 18 nəfərədək iştirakçıdan ibarət qrup üçün altı modul üzrə altı aylıq təlim proqramından ibarətdir. Ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Proqramı uğurla başa vuran iştirakçılara Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin sertifikatı veriləcək. Layihədə həmçinin iştirakçıların təhsil haqqı ödənişinə BP və tərəfdaşlarının dəstəyi nəzərdə tutulub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qeyd edək ki, ötən 26 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.
2018-ci ildə BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 4 milyon dollardan çox vəsait xərcləmişlər.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
13 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
13 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib






















