˝Yeni Azərbaycan strategiyamız özəl sektorda əməliyyatların həcmini artırmağı hədəfləyir˝
Ötən həftə Azərbaycana ilk dəfə səfər etmiş Asiya İnkişaf Bankının (ADB) maliyyə və risklərin idarəolunması üzrə vitse-prezidenti İnqrid van Rees ilə müsahibəni təqdim edirik.
- Bakıya səfərinizin məqsədi nədir?
- Ötən həftə Maliyyə Nazirliyi ilə birgə dövlət borcunun idarə olunmasına dair keçirdiyimiz Asiya Regional Forumunda iştirak etmişəm. Forumun məqsədləri ADB üzv ölkələrində dövlət borcunun dayanıqlı idarə olunmasını təkmilləşdirmək, bilik mübadiləsi yolu ilə potensialın artımını dəstəkləmək, regionda dövlət borcu idarəçiləri arasında əlaqələr qurulmasına töhfə verməkdir. Hər il keçirilən bu forumda hökumətlər təcrübə mübadiləsi aparmaq, dövlət borcunun idarəçiliyi ilə bağlı məsələləri müzakirə etmək fürsəti əldə edirlər. Mühüm əhəmiyyət kəsb edən dövlət borcu idarəçiliyi ADB-nin Asiya – Sakit okean regionu ölkələrinə yardım göstərəcəyi başlıca sahədir. Builki forumda həmin regiondakı 36 üzv ölkədən 130 nümayəndənin iştirak etməsini məmnuniyyətlə qeyd etmək istərdim.
- Hökumət və özəl sektor təmsilçiləri ilə görüşləriniz sizi qane edibmi?
- ADB-2030 Strategiyası deyilən uzunmüddətli strategiyamızın əsas əməliyyat vəzifələrindən biri də məhz özəl sektorla birgə fəaliyyəti genişləndirməkdir. Belə ki, 2024-cü ilədək ümumi illik sərmayələrimizin özəl sektora qoyulan hissəsinin üçdə birə çatdırılacağı gözlənilir. Bunu, habelə Azərbaycandakı maraqlı tərəflərin böyük tələbatını nəzərə alaraq, 2019-2023-cü illər üçün Azərbaycanla yeni tərəfdaşlıq strategiyası da özəl sektorda əməliyyatların həcmini artırmağı hədəfləyir.
Maliyyə və risklər idarəçiliyinə cavabdeh olan şəxs kimi özəl sektora sərmayə qoymaq üçün əlverişli mühitin olub-olmamsını öyrənmək üçün ADB üzv ölkələrinə səfər etmək niyyətindəyəm. Bu mənada Azərbaycanla tərəfdaşlığımızın yeni beşillik dövrünün başladığı da nəzərə alınsa, bu səfərim daha çox yerinə düşür.
- Bəs Azərbaycanda dövlət borcunun idarəçiliyi sahəsindəki vəziyyət barədə nə düşünürsünüz?
- ADB 2018-ci ilin avqust ayında dövlət borcunun idarə olunması strategiyasının (DMS - Debt Management Strategy) təsdiqlənməsini alqışlayıb. Hazırda DMS üçün hökumətə texniki dəstək layihəmiz davam edir. Qeyd edim ki, dövlət borcunun dayanıqlı və etibarlı idarə olunmasını təmin etməyi, bütövlükdə ölkənin maliyyə baxımdan daha dayanıqlı hala gətirilməsinə yönələn DMS məsrəfləri azaldaraq riskləri idarəetməni təkmilləşdirməyi, yüksək riskləri minimuma endirmək, habelə dövlət müəssisələri və maliyyə təşkilatlarına kredit ayırmaq məqsədi ilə xarici valyutada dəyişkən dərəcələrlə maliyyə ehtiyatları cəlb etmək üçün müvafiq limit, hədlər və kəmiyyət hədəfləri tətbiq etməyi, nəzarət mexanizmlərini təkmilləşdirməyi nəzərdə tutur. DMS-in başlıca hədəflərindən biri də borc qiymətli kağızlarının daxili bazarını inkişaf etdirmək və milli valyutada cəlb ediləcək daxili ehtiyatlara daha yüksək bağlılığı təmin etməkdir. Bunu maliyyə vasitəçiliyinin, milli valyutada maliyyələşdirmənin inkişafı üçün ilkin şərt kimi qəbul edirik. ADB hökumətin bu yöndəki fəaliyyətini dəstəkləmək niyyətindədir.
- Dövlət borcunu idarəetmə strategiyası ADB ilə əməkdaşlığa necə təsir göstərəcək, gələcək əməkdaşlıq istiqamətləri hansılardır?
- ADB-nin 2030-cu ilədək olan strategiyası Azərbaycan kimi orta səviyyədən yuxarı gəlirə malik ölkələrlə (UMİCs) daha geniş əməkdaşlığı təşviq edir. Buna təkcə dövlət sektoruna kredit ayırmaq yolu ilə nail olmayacaq, daha yüksək dəyər təmin edə biləcəyimiz sahələrə əsas diqqət ayıracağıq. Həmçinin özəl sektorla da qarşılıqlı fəaliyyəti genişləndirməyə, daxili kapital bazarından istifadə etməklə milli valyutada maliyyəni təmin etməyə, dövlət sərmayə layihələri hazırlamaq kimi layihələrə kredit ayırmaq üçün yeni şərait yaratmağa, dövlət – özəl tərəfdaşlığı çərçivəsində maliyyə baxımdan dayanıqlı, büdcə üçün də sərfəli layihələr hazırlamağa dəstək verməyə çalışırıq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)











