Dünyanın bir nömrəli CRM-i, bir nömrəli analitika platformasını satın alır
Bulud əsaslı müştəri əlaqələri proqramı şirkəti "Salesforce", "Netflix"ə də xidməti göstərən məlumat analitikası şirkəti "Tableu Softwares"i 15.7 milyard dollara satın alır. Bu satınalma, əməliyyat texnologiyası sahəsində ən böyük 10 satınalmadan biri olacaq.
2022-ci ildə 1.8 trilyon dollarlıq bir həcmə çatması gözlənilən rəqəmsal sahəsindəki fürsətlərə fokuslanan dünyanın ən böyük müştəri əlaqələri menecmenti (CRM) şirkətlərindən olan ABŞ-ın "Salesforce" şirkəti, böyük məlumat (Big Data) şirkəti "Tableau Softwares" şirkətini satın alır.
"Marja" xəbər verir ki, tərəflər arasındakı razılaşmaya görə, "Salesforce", "Tableau Software" səhmlərinin hamısı üçün 15.7 milyard dollar ödəyəcək.
Satınalma razılaşmasının bu ilin 3-cü rübündə tamamlanması gözlənilir.
"Salesforce"ın İdarə heyətinin sədri Marc Benioff, "Dünyanın bir nömrəli CRM-ini, bir nömrəli analitika platforması ilə bir araya gətiririk. "Tableau" insanların məlumatları və "Salesforce" də insanların müştəriləri anlamasına kömək olur. Müştərinin dünyasını anlamaq üçün ehtiyac duyduğu bu iki platformanı bir araya gətiririk" deyib.
Satınalma ilə əlaqədar olaraq "Tableau"nun direktoru Adam Selipsky isə "Güclərimizi birləşdirmək, müştərilərin məlumatları görməsinə və anlamasına kömək etmək qabiliyyətimizi artıracaq" deyib.
"NETFLIX" DƏ ONU İSTİFADƏ EDİR
Aralarında "Charles Schwab", "Verizon", "Schneider Electric", "Southwest" və "Netflix" kimi şirkətlərin də olduğu və dünya üzrə 86 min korporativ müştərisi olan məlumat analitikası şirkəti "Tableau Software" 2003-cü ildə qurulub.
"Big data" ilə bərabər məlumat analitikası və məlumat vizuallaşdırma sahəsində ixtisaslaşan ABŞ şirkətinin 4 min 200 işçisi var. Bazar dəyəri 14.4 milyard dollar olan "Tableau Software" 2018-ci ildə 1.1 milyard dollarlıq gəlir əldə edsə də, ili 77 milyon dollar zərərlə bağlayıb.
SƏHMLƏRİ 33% BAHALAŞIB
1999-cu ildə qurulan "Saleforce"nin isə 35 min işçisi var. Bazar dəyəri 120 milyard dollar olan bulud əsaslı müştəri əlaqələri proqramı şirkəti "Salesforce", keçən il gəlirlərini 26% artıraraq 13 milyard dollara qaldırıb. "Tableau Software"ni satın almasının ardından şirkətin gəlirlərinin 2020 maliyyə ilində 350 milyon dollar ilə 400 milyon dollar arasında artması gözlənilir.
Satınalma əməliyyatının açıqlanmasının ardından ABŞ-da Nyu York Birjasında ticarət olunan "Salesforce"un səhmləri 5.2% ucuzlaşıb, "Tableau Software"nin səhmləri isə 33% dəyər qazanıb.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
-
14 saat əvvəl
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
Ən çox oxunanlar
Dolların rəsmi məzənnəsi 1,70 manat səviyyəsində qalır
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb






















