Azərbaycanda 3 investisiya şirkətinin aktivləri 10 milyon manatdan çoxdur
Bu il yanvarın 1-nə, Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün aktivləri 10 milyon manatdan çoxdur.
Həmin investisiya şirkətləri "Azfinance" (66,87 milyon manat), "PSG Kapital" (22,842 milyon manat) və "İnvest-AZ"dır (11,503 milyon manat).
Qalan 5 investisiya şirkətindən 2-nin aktivləri 1-10 milyon manat arasında, 3 investisiya şirkətinin aktivləri isə 1 milyon manatdan azdır.
8 investisiya şirkətindən 6-sı 2018-ci ildə aktivlərini artırıb. Bunlar "PAŞA Kapital", "İnvest-AZ", "PSG Kapital", "Unicapital", "Azfinance" və "Xalq Kapital" investisiya şirkətləridir. Ən yüksək dinamika "PAŞA Kapital"da (2,2 dəfə), ən aşağı dinamika isə "Xalq Kapital"da (28,5%) qeydə alınıb.
1 investisiya şirkəti - "Plato Capital and Co." ötən il aktivlərini azaldıb - 12,9%. 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onun aktivlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
***
"Azfinance" istisna olmaqla 8 investisiya şirkətindən 7-si bu il yanvarın 1-nə uzunmüddətli aktivlərinin məbləği və illik dinamikası barədə məlumat verib. Bunlardan 2-də uzunmüddətli aktivlər 500 min manatdan çoxdur. Həmin investisiya şirkətləri "İnvest-Az" (803 min manat) və "Xalq Kapital"dır (546 min manat). Qalan 5 investisiya şirkətindən 3-nün uzunmüddətli aktivləri 100-500 min manat arasında, 2 investisiya şirkətinin uzunmüddətli aktivləri isə 100 min manatdan azdır.
7 investisiya şirkətindən 4-ü 2018-ci ildə uzunmüddətli aktivlərini artırıb. Bunlar "Xalq Kapital", "İnvest-AZ", "PAŞA Kapital" və "Unicapital"dır. Ən yüksək dinamika "Xalq Kapital"da (3,1 dəfə), ən aşağı dinamika isə "Unicapital"da (55,8%) qeydə alınıb.
2 investisiya şirkəti - "Plato Capital and Co." və "PSG Kapital" ötən il uzunmüddətli aktivlərini azaldıb - müvafiq olaraq 5,1% və 20,2%. 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onun uzunmüddətli aktivlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
***
"Azfinance" istisna olmaqla 8 investisiya şirkətindən 7-si bu il yanvarın 1-nə cari aktivlərinin məbləği və illik dinamikası barədə məlumat verib. Bunlardan 2-də cari aktivlər 10 milyon manatdan çoxdur. Həmin investisiya şirkətləri "PSG Kapital" (22,775 milyon manat) və "İnvest-Az"dır (10,7 milyon manat). Qalan 5 investisiya şirkətindən 3-nün cari aktivləri 1-10 milyon manat arasında, 3 investisiya şirkətinin cari aktivləri isə 1 milyon manatdan azdır.
7 investisiya şirkətindən 4-ü 2018-ci ildə cari aktivlərini artırıb. Bunlar "PAŞA Kapital", "İnvest-AZ", "PSG Kapital" və "Unicapital"dır. Ən yüksək dinamika "PAŞA Kapital"da (2,2 dəfə), ən aşağı dinamika isə "Unicapital"da (41,1%) qeydə alınıb.
2 investisiya şirkəti - "Plato Capital and Co." və "Xalq Kapital" ötən il cari aktivlərini azaldıb - müvafiq olaraq 52,1% və 88,2%. 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onun cari aktivlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
39 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
13 d. əvvəl
“Toyota”nın avtomobil satışları düşüb, gəlir və avtomobil satışı proqnozlarını azaldıb
-
15 d. əvvəl
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
-
21 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 30 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®
Ən çox oxunanlar
Azərbaycan neftinin qiyməti düşüb
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI




























