Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC ölkənin təbii resurslarının optimal istifadə olunması, Azərbaycanda alüminium sənayəsinin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması, alüminium sənayesinin yerli xammalla təhciz edilməsi və alunit yataqlarının işlənməsi məqsədilə beynəlxalq tender elan edib.
ASC-dən bildirilib ki, 2 mərhələli tenderin keçirilməsində məqsəd Azərbaycanın Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsi, həmçinin hasil olunan alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılması, eləcə də ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsidir.
Qeyd edək ki, Daşkəsən rayonunda yerləşən Zəylik alunit yatağında 1929-1942, 1955-1958 və 1968-1970-ci illərdə də axtarış-qiymətləndirmə, dəqiq və istismar kəşfiyyatı işləri aparılıb.
Əvvəllər istifadə edilmiş texnologiyadan fərqli olaraq, alunitin mədən ərazisində zənginləşdirilməsi və bu zənginləşmə nəticəsində Zəylikdən Gəncə gil-torpaq istehsal sahəsinə daşınan və hidrometallurji emala verilən filizin miqdarının 40 faizədək azalması gözlənilir. Bu isə öz növbəsində istehsal xərclərinin azalması ilə rəqabətqabiliyyətli gil-torpaq istehsalına imkan yaradacaq. Eyni zamanda, digər vacib məqam alunit filizinin kompleks emal edilərək onun tərkib elementlərinin kommersiya maraqlı məhsullara, əsasən kənd təsərrüfatı təyinatlı gübrələrə çevrilməsidir.
Tender üzrə əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Ekspertlər Şurası yaradılıb. Şuranın tərkibində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, “AzərGold” QSC, “Azərbaycan Sənaye Korporasiyası” ASC və korporasiyanın nəzdində fəaliyyət göstərən “Azəralüminium” MMC, eləcə də metallurgiya üzrə təcrübəli mühəndis heyəti və məsləhətçi qrup təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
5 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
5 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
6 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
8 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib



























