Bakının 65 km cənubunda nəhəng layihə

Bakıda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun sədrliyi ilə Ələt qəsəbəsində Azad Ticarət Zonasının (ATZ) yaradılmasına və fəaliyyətinə həsr olunmuş biznes-forum, Caspian Energy Forum 2017-nin xüsusi sessiyası təşkil olunub.
Biznes-forumda çıxış edən Taleh Ziyadov qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası prosesi səylərin ölkənin tranzit imkanlarından səmərəli istifadəsinə yönəldməyə imkan yaradır. Bu məqsədlə Bakının 65 km cənubunda Ələt qəsəbəsində Xəzərin nəhəng limanı inşa olunur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) baş direktoru Taleh Ziyadovun sözlərinə görə, azad ticarət zonası statusunun əldə olunması ilə layihəyə bir neçə il ərzində 1 milyard ABŞ dollarına yaxın xarici investisiya cəlb etmək mümkün olacaq.
“BBDTL regional logistik hab funksiyasını yerinə yetirməklə iri logistik mərkəz kimi fəaliyyət göstərəcək ki, bu da öz növbəsində Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin səmərəliliyini artıracaq”, - deyə Taleh Ziyadov qeyd edib.
O bildirib ki, Ələt Azərbaycanın dəmir və avtomobil yollarının Şimal-Cənub və Şərq-Qərb istiqamətində kəsişdiyi nəhəng nəqliyyat qovşağıdır. Burada yeni sənaye, o cümlədən neft emalı obyektləri tikilir ki, bu da öz növbəsində Ələtdə lazımi logistik infrastrukturun yaradılmasının zəruriliyini göstərir.
O, Azərbaycanda Azad Ticarət Zonasının (ATZ) 2017-ci ilin birinci yarısında işə başlaya biləcəyini qeyd edib. ATZ-də Liman ərazisində neft-kimya, əczaçılıq, yüngül sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə sənaye birliklərinin (klastor) yaradılması planlaşdırılır. O həmçinin söyləyib ki, hal-hazırda ATZ-nin yaradılması üçün hüquqi rejimin formalaşdırılması üzrə hazırlıq işləri görülür.
"Əsas məqsəd xarici investorlar üçün asan anlaşılan şərait yaratmaqdır. Yalnız bu halda biz ATZ-də birbaşa investisiyaya nail ola, istehsalat qüvvəsi yarada, "Made in Azerbaijan" brendi altında çoxlu çeşiddə məhsul istehsalını təşkil edə, minlərlə işçini yüksək ödənişli işlə təmin edə bilərik", - deyə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin rəhbəri vurğulayıb.
Biznes-forum çərçivəsində şirkətlərin təklifləri dinlənilib, biznesmenlərin üzləşdikləri problemlər müzakirə olunub və onların həlli yolları nəzərdən keçirilib.
Biznes-forumda Caspian European Club-un (Caspian Business Club) yarandığı gündən fəaliyyət göstərən sahə klublarının, xüsusilə də Rəşad Abbasovun rəhbərlik etdiyi Caspian European Transport Club və klubun tərkibinə daxil olan işçi komitələrinin, ələlxüsus da Mustafa Abbasbəylinin rəhbərlik etdiyi Tax & Customs Committee-nin fəal rolu qeyd olunub.
"Ələtdə limanın inşası və onun bazasında azad ticarət zonasının yaradılması həm Azərbaycanda, həm də regionda iqtisadi islahatların həyata keçirilməsi və biznesin inkişafı üçün olduqca vacibdir. Məhz buna görə biz həmin layihə çərçivəsində əməkdaşlıq etməyə çalışacaq və bütün beynəlxalq tədbirlərimizdə onun irəliləyişinə şərait yaradacağıq", - deyə Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev öz çıxışında qeyd edib.
Telman Əliyev bildirib ki, 12 aprel 2017-ci il tarixdə keçiriləcək 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku - 2017”yə kimi iqtisadiyyatın nəqliyyat, maliyyə, yanacaq-enerji kompleksi, İKT, aqrosənaye və digər sahələrinin inkişafına həsr olunmuş daha bir neçə sessiya keçiriləcək. Xüsusi sessiyalar çərçivəsində Caspian European Club-un (Caspian Business Club) üzv şirktlərinin və ümumilikdə özəl sektorun problemləri dərindən öyrəniləcək. “Caspian Energy Forum Baku – 2017” Azərbaycanda həyata keçirilən islahatların ilkin nəticələrinə həsr olunacaq. “Biz forumu şərti olaraq 2 hissəyə bölmüşük. Birinci hissə qaz və enerji sektorunun layihələrinə, ikinci hissə isə qeyri-neft sektorunun fəal inkişafına həsr olunub”, - deyə o, çıxışına davam edib.
Biznes-forumda əldə olunmuş nəticəyə görə Caspian European Club-un (Caspian Business Club) ekspert şurası və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC cəmiyyətdə və peşəkar mühitdə Azad Ticarət Zonası ideyasının irəliləyişi istiqamətində birgə işləyəcəklər.
T.Əliyev bildirib ki, Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club-un (Caspian Business Club) Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. T.Əliyevin sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club), dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyənin 100-dən artıq biznesmeni, həmçinin beynəlxalq təşkilat nümayəndələri və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin rəhbərləri iştirak ediblər.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
-
12 saat əvvəl
Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
-
13 saat əvvəl
"40 milyon dollarlıq kapital cəlb etmiş tacikistanlı bir startapa yatırım etmişik"
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
100 milyard dollar kapitalı olan bank Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq
-
14 saat əvvəl
Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib
-
15 saat əvvəl
Putin Rusiyanın Avropaya hücum planı ilə bağlı iddialara aydınlıq gətirib
-
16 saat əvvəl
Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Son Xəbərlər

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

Azərbaycan və Maldiv viza prosedurunun sadələşdirilməsini müzakirə edib - Əliyev Maldivə səfərə gedəcək

Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib

Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"

Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb

"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib
.jpg)