"Qərbin sanksiyaları Rusiya ilə əməkdaşlıq etməyə qətiyyən mane olmur"
Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Azərbaycanın Rusiya ilə əməkdaşlıq etməsinə qətiyyən mane olmur.
"Marja" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsində bildirib.
İlham Əliyev, "Məlum olduğu kimi, Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var. Rusiya artıq bir neçə ildir ki, sanksiyalar altındadır. Bu, Sizə Rusiya ilə əməkdaşlıq etməyə və bütün bu ikitərəfli layihələri inkişaf etdirməyə mane olmurmu?" sualına "Xeyr, qətiyyən mane olmur" şəkilində cavab verib.
Azərbaycan Prezidenti, "bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır" deyərək sözlərinə belə davam edib:
"Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi".
Müştərilərin xəbərləri
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat əvvəl
Smartfon, noutbuk və texnikaya böyük endirim - iPhone-lara 500 AZN-dək endirim
-
-
3 saat əvvəl
Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borclanır – İnvestorlara 7% ödəyəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
-
7 saat əvvəl
3 hovuz, villalar, helikopter meydançası və 204 otaqlı hotel - 320 iş yeri yaradılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanda armatur istehsalı 14 faizdən çox artıb
SOCAR bu ölkədə yeni yanacaqdoldurma məntəqələri tikəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni turizm kompleksi – “Nəsimi Bağları” istifadəyə verildi
Ən çox oxunanlar
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
3 hovuz, villalar, helikopter meydançası və 204 otaqlı hotel - 320 iş yeri yaradılıb
“Norm” şirkəti 2025-ci ildə rekord gəlir əldə edib
Göstəricilər pisləşib – Doğum azalır, ölüm artır
Azərbaycanda minik avtomobili istehsalı kəskin azalıb - 8 ayda 380 ədədlik geriləmə
Bakıda Batareya Enerji Saxlanc Sisteminin tikintisinə torpaq ayrılıb























