Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son bir ildə ABŞ və Qazaxıstan şirkətləri arasında ümumi məbləği 17 milyard dollar olan sazişlər imzalanıb.

Kazinform xəbər verir ki, bunu ABŞ-nin Almatıdakı baş konsulu Piter Kaufman KİV nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, həmin dövrdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 7 milyard dollara çatıb ki, bu da 2020-ci ilin göstəricisindən təxminən iki dəfə çoxdur.

“Amerika şirkətləri Qazaxıstan iqtisadiyyatına sərmayə yatıran ilk xarici investorlar sırasında olub. Son 35 ildə onlar 100 milyard dollardan çox sərmayə yatırıblar”, - deyə Piter Kaufman qeyd edib.

Hazırda Qazaxıstanda 600-ə yaxın Amerika şirkəti fəaliyyət göstərir.

Piter Kaufman ən perspektivli istiqamətlər sırasında nəqliyyat və logistika, süni intellekt və nadir torpaq minerallarını qeyd edib. Onun sözlərinə görə, Amerika şirkətləri faydalı qazıntıların hasilatı sektoruna investisiya yatırmağa böyük maraq göstərirlər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Azərtac

17.09.2026 19:53
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19