Xüsusi ərazilərin qorunması necə tənzimlənir?
Bütün dünyada strateji əhəmiyyətə malik obyektlər, ərazilər xüsusi formada mühafizə olunur. Azərbaycanda dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin siyahısına dövlət əhəmiyyətli, həmçinin tarixi binalar, memarlıq kompleksləri və digər obyektlər daxildir. Eyni zamanda, ixrac neft və qaz boru kəmərləri və onların infrastruktur obyektləri bu siyahıya şamil olunur. Bu obyektlərin təhlükəsizliyinin qorunması vacibdir.
Bir çox ixrac boru kəmərləri və onların infrastruktur obyektləri, mədən əraziləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansındadır. SOCAR-ın daimi istifadəsində olan mədən ərazilərinin, o cümlədən Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq ayrılmış kontrakt sahələrinin cəmi 6 004,22 kv. km təşkil edir.
Bəs həmin ərazilər necə qorunur?
Vəkillər Kollegiyasının Vəkillərin intizam komissiyasının sədr müavini İlhamə Həsənova bildirir ki, ixrac boru kəmərlərinin mühafizə zonalarının müəyyən olunması barədə Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli qaydaları var: "Həmin qaydalarda göstərilib ki, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı hissələr üçün isə hər tərəfdən 25 metr təyin olunur. Su hövzələrində isə sahilboyu hər tərəfdən 25 metr mühafizə zonası müəyyən edilir. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan olunub. Bu işlər aparılarsa, müvafiq razılıq olmalıdır”.
Vəkillər Kollegiyasının Vəkillərin intizam komissiyasının sədr müavini İlhamə Həsənova
Bəs bu qaydalar pozularsa məsuliyyəti kim daşıyır?
Vəkil bildirib ki, əgər hüquqi və fiziki şəxslər tərəfindən bu neft boru kəmərlərindən mühafizə qaydaları pozularsa, bu inzibati, eyni zamanda cinayət məsuliyyətinə səbəb olur: “İnzibati məsuliyyətə cəlbolunma İnzibati Xətalar Məcəlləsinin 342 maddəsinə əsasən tənzimlənir. Həmin maddədə göstərilir ki, xüsusi qaydada mühafizə olunan torpaq sahəsindən istifadənin pozulmasına görə məsuliyyət var. Vətəndaşlar bilməlidirlər ki, hər hansı fiziki şəxs bu qaydaları pozursa, məsələn, mühafizə zonasında kənd təsərrüfatı işləri aparırsa, onda o, 400 manatdan 600 manata qədər cərimə oluna bilər. Hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunur”.
Vəkil qeyd edib ki, cinayət məsuliyyəti isə o vaxt yaranır ki, həmin o mühafizə olunan sahələrdə tikinti işləri aparılır: “Məsələn, mühafizə olunmuş sahədə ev tikilirsə, yaxud orada hər hansı tikinti işləri aparılırsa, artıq 322-2 maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin sanksiyasında 3 ilədək azadlıqdan məhrumetmə cəzası var. Yəni minimum cəza 2 ilədək islah işləri, maksimum cəza 3 ilədək müddətə azadlıqdan məhrumetmədir. Lakin eyni əməllər ağır nəticələrə səbəb olursa, məsələn, mühafizə zonasında hər hansı tikinti işi aparılırsa, həmin o boru kəmərinə ziyan dəyir və ya digər ağır nəticələrə səbəb olursa, bu da artıq 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnir”.
Lakin buna baxmayaraq, mədən ərazilərində, eyni zamanda boru kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işləri aparılır. Son onilliklər ərzində SOCAR-ın istifadəsində olan ərazinin təxminən 3 faizi zəbt olunub.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, təhlükəsizlik zonasında tikinti işlərinin aparılması yolverilməzdir. O bildirib ki, bu məsələdə yerli icra hakimiyyət orqanları, bələdiyyələr məsuliyyət daşıyır və vətəndaşlar diqqətli olmalıdırlar.
Ərazilər zəbt edildikdə hansı addımlar atılır?
Zəbt halları və qanunsuz tikinti işlərinin aparılması SOCAR tərəfindən aşkar olunduqda, bu barədə dərhal qanuna uyğun olaraq müvafiq dövlət qurumlarına məlumat verilir. Bundan başqa, əgər tikinti başa çatıbsa, bu zaman özbaşına tikilinin sökülməsi iddiası ilə bağlı şirkət tərəfindən müvafiq məhkəmələrə iddia ilə müraciət olunur. İndiyədək Sabunçu rayonu üzrə 6 500-dən çox, Səbail rayonu üzrə 2 000-dən çox, Nizami rayonu üzrə 200-ə yaxın, Xətai rayonu üzrə 500-dək, Binəqədi rayonu üzrə 10 000-dən artıq olmaqla ümumilikdə 20 000-dən çox iddia SOCAR tərəfindən müvafiq məhkəmələrə təqdim edilib.
"MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, SOCAR balansındakı aktiv istifadə etdiyi torpaqlarda tikinti işlərinin aparılmasına icazə verməməkdə və müvafiq addımlar atmaqda haqlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
8 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
8 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
8 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
10 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























