Macarıstan şirkəti Azərbaycandakı neft yatağından pay alır - "Chevron" ilə danışır
Macarıstanın “MOL” enerji şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsində Amerikanın “Chevron” şirkətinin payını ala bilər.
Macarıstanın energetika şirkəti MOL ABŞ-ın "Chevron" şirkətinin Azərbaycandakı neft yatağındakı payının 2 milyard dollardan baha qiymətə alınması barədə danışıqlar aparır.
Bu barədə "Reuters" agentliyi bank və neft sahəsindəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, əvvəlcə MOL "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı iki neft şirkətinin - "Chevron" və onun daha böyük rəqibi olan ABŞ-ın "Exxon Mobil" şirkətlərinin payları ilə maraqlanıb, lakin sonradan yalnız "Chevron"un 9,57%-lik payının satın alınması üçün təklif edib.
"Chevron" və MOL məsələyə şərh verməkdən imtina edib.
Qeyd olunur ki, danışıqlar Baş nazir Viktor Orbanın başçılıq etdiyi Macarıstan hökumətinin Mərkəzi Asiya ölkələri ilə daha yaxın əlaqələr qurmaq kursunu açıqlamasından sonra başlayıb.
"Chevron" və "Exxon Mobil" şirkətləri hazırda yenidən yerli istehsala yönəliblər və buna görə "Exxon Mobil" AÇG-dəki 6,8%-lik payı üçün alıcı axtarışlarını davam etdirəcək.
Banklardakı mənbələrin məlumatına görə, satış prosesini "Bank of America Merrill Lynch" (BAML) həyata keçirir.
BAML da məsələyə şərh verməkdən imtina edib.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.
Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir.
Hazırda AÇG yatağından gündə təxminən 550 min barel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.
AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.
Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25,0 faiz), “Chevron” (9,57 faiz), INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz).
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
8 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
8 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
8 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
11 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























